Kompüter oyunlarının uşaqlara təsiri

0
3063
Kompüter oyunlarının uşaqlara təsiri

Uşaqlarda artıq həyəcan yaradan vasitələrdən biri kompüter oyunlarıdır. Bu cür oyunlar nəinki onların zehni inkişafına xidmət etmir, eyni zamanda, onları həyəcanlandırır, onlara stres yaşadır, onları əsəbiləşdirir. Bu cür uşaqlar evdə kobud rəftarlara yol verir, təpik atır, qışqırır, xülasə, sakit oynaya bilmir. Kompüter oyunlarının başqa bir ziyanı ekrandan ətrafa yayılan elektromaqnit dalğalardır.

Los Anceles universitetinin müəllimi, professor Vaksmen deyir: “Heç bir şübhə yoxdur ki, televizor ekranlarından yayılan elektromaqnit dalğaları insan orqanizminə ciddi surətdə mənfi təsir göstərir. Bu qısa dalğalar televizor, radioqəbuledici və digər elektrik avadanlıqları vasitəsilə yayılır. Bunun ilk təsirləri kimi baş ağrısı, baş gicəllənməsini göstərmək olar. Bu, tədricən insanda təfəkkür qüvvəsinin zəifləməsinə, qan təzyiqinin pozulmasına və iztirabların artmasına gətirib çıxarır. Bundan başqa, bu dalğalar əsəb sisteminə də mənfi təsir göstərir və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Lakin bəzi valideynlər uşaq evdə onu incitməsin deyə və yaxud başının rahat olması üçün uşaqlara saatlarla bu cür oyunları oynamağa icazə verirlər. Hətta evdə bu cür vasitələr olmadıqda, uşaqlar kompüter salonlarına üz tuturlar. Qeyd edilən salonlara isə hər tərbiyədən olan uşaqlar və böyüklər yığışır. Kompüter oyunlarının başqa bir ziyanı da uşağı öz əsirinə çevirməsidir. Belə ki uşaq hər nə qədər oynayır oynasın, valideyn ona daha bəsdir dedikdə əsəbləşir, ağlayır, çox oynamağına edilən iradı qəbul etmək istəmir.

 

ŞƏRH YAZIN