Onun Özgüvənini Zədələməyin!

0
2002
Onun Özgüvənini Zədələməyin!

Bəzən övladımız aşağı qiymətlər alır. Hər hansı bir fənni  yaxşı mənimsəyə bilmir. Sırf bu qiymətlərə görə biz onu səndən adam olmaz kimi xoşagəlməz cümlələrlə şəxsiyyətinə mənfi təsir göstərən yanaşmalar nümayiş etdirməklə onun mənlik duyğusunu zədələmiş oluruq. Övladlarımızın maraq və bacarıqları fərqlidir. Onun məktəbdəki gündəlik qiymətlərini öyrənərək uşağın qabiliyyət və bacarığını bilməklə daha anlayışlı ola bilərik. Sonrakı dövrlərdə dərslərində daha yüksək qiymətlər ala bilməsi üçün onun güclü tərəflərini vurğulayaraq motivə etmək vacibdir. Amma müsbət olmayan yanaşma nümayiş etdirsək onun psixikasına pis təsir etmək və özgüvən duyğusunu zədələməkdən başqa bir şey əldə etmərik. Həmçinin bu münasibətlə sonrakı dövrlərdə onun akademik göstəricilərinin enməsi ehtimalını artırmış olacağıq. Qiymətlərə görə günahlandırılan və cəzalandırılan uşaqda məktəbə qarşı istəksizlik, depressiv  duyğular, özünə və çevrəsinə zərər verici davranışlar kimi mənfi hallar sərgiləmə riski yüksək olur. Onun bacarıqlarını dostları ilə müqayisə etməyin. Onu başqaları ilə müqayisə etməkdənsə ilk olaraq uşağı öz qiymətləri içində müqayisə etmək daha faydalı olacaq və bir sonrakı yarımil dövründə qayğı və bacarıqsızlığını azaltmış olarsınız. Dəyişdirə bilməyəcəyiniz keçmişə yönəlik duyğulardansa gələcəyə doğru baxmaq, məsələn, gələn il üçün nə edə bilərik? kimi pozitiv yanaşmanı seçmək daha məqsədəuyğun olar. Şərhlərə onun yaxşı qiymətlərinə baxmaqla dəyərləndirmək və ən son aşağı qiymətləri haqqında danışmaq, bir dərsdəki uğursuzluğunu digər dərsdəki uğurunun önünə keçirməmək diqqət edilməli mövzulardandır. Gündəliyindəki qiymətlər nə qədər aşağı olursa olsun uşağınıza olan sevginizin dəyişməyəcəyini və onu hər zamankı kimi çox sevməyə davam edəcəyinizi ona hiss etdirin. Qiymətlərlə sevginizin dərəcəsi dəyişmirsə bunu onun da bilməsini təmin etmək lazımdır ki, uşaq özünün dəyərli hiss etsin və ona münasibətin dərs qiymətlərinə görə dəyişməyəcəyini bilsin. Qiymətləri nə olursa olsun uşaqlarınızı yaxşı dinləyib yeni bir təhsil ilinə hüzurlu və sevincli bir şəkildə hazırlanması gələcəkdəki uğurlarına pozitiv bir qatqı yaradacaq. (Klinik psixoloq Eda Ergür.)

 
Tərcümə etdi: SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN