Övladınıza Hədsiz Diqqət Göstərməyin, Çünki...

0
2192
Övladınıza Hədsiz Diqqət Göstərməyin, Çünki...

Narsizm – beyni davamlı olaraq gözəllik, uğur, yüksək statusla məşğul edən,  digər insanları "adi" görərək, şəxsin özünü  üstün hesab etməsilə xarakterizə olunan şəxsiyyət pozuntusudur. Uşaq terapevti Mütəxəssis Psixoloq Ramazan Şimşek, hədsiz qayğı görən uşaqlarda görüləcək davranış pozuntuları haqqında önəmli məlumatlar verdi. Narsist şəxslər boşluğa, yalnızlığa və qürur duyğusuna məhkum olurlar. Xüsusilə erkən yaş dövrlərində uşağa göstərilən qabardılmış qayğı və uşağın hər istəyinin yerinə yetirilməsi bərpası mümkün olmayan psixoloji yaralar açır.

3 – 4 yaşında bir uşaq düşünün: çox sevimli, çox da şirin danışır. Bir də ailəyə böyüklərin gəldiyini xəyal edin. Sizin də təsəvvür etdiyiniz kimi bütün ailə üzvlərinin diqqəti uşağın üzərində olacaqdır. Onun etdiyi hər hərəkət gülümsəməylə qarşılanır, sevimli hərəkətləri  və danışığı təkrar olunur. Gülməli davranışları ondan təkrar – təkrar istənilir. Pis sözləri belə təqdir olunur. Xüsusilə ailə böyükləri tərəfindən nə edərsə etsin nəvə “qoruma altındadır”  və ona heç kim “toxuna bilməz”.  Bəs, nəticə olaraq uşaq nə düşünür və nə hiss edər? “Mənim etdiyim hər şey bəyənilir, pis hərəkətlərim belə sevilir, mən xüsusiyəm və mənim hər dediyim mütləq yerinə yetirilməlidir. Mən digərlərindən üstün və fərqliyəm”. Belə də ola bilər ki, ailəyə yeni övlad göz açdı. Uşaq buna necə reaksiya verər?  Bu zaman uşağın eqosu, yəni mənliyi sarsılır və uşaq qəribə davranışlara baş vurar. Qısqanclıq, inadkarlıq və əsəbilik artır. Xüsusilə həmişə cəmiyyətin göz önündə olan pop ulduzu və ya film ulduzlarının, məşhurluğun itirilməsindən sonra içinə düşdükləri psixoloji gərginlik və sarsıntını anlamaq heç də çətin deyil. 

Hazırladı: SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN