Övladınızı Pis Niyyətli İnsanlardan Qoruyun...

0
1928
Övladınızı Pis Niyyətli İnsanlardan Qoruyun...

Internetin uşaqlar üçün nə qədər təhlükəli olduğunu müəyyənləşdirmək məqsədilə edilən araşdırmalardan çıxan nəticələr ailələri həyəcanlandırarkən, mütəxəssislər ailələrə uşaqlarını pis niyyətli insanlardan qorumaq üçün ilk olaraq rol model (nümunə) əksikliyini aradan qaldırmalarını məsləhət görür.

Klinik psixoloq Gülşah Sam Orhan: “uşaqlar yeniyetməlik dövrünə qədər  əks cinsdən olan valideyninə qarşı heyranlıq duyur. Əgər ana və ya atasından biri uşağın həyatında yer almırsa uşaq bu boşluğu nümunə götürə biləcəyi başqa yolla doldurmağa çalışar. Araşdırmanın nəticələrinə görə, 11 yaşında bir qız uşağı adına açılan saxta profilın söhbət otaqlarında əxlaqsız mesajlara məruz qalmasının ailələrdə qorxu yaratdığını ifadə edən Klinik Psixoloq Gülşah Sam Orhan, günümüzdə uşaqların həm kompüterdə, həm də mobil telefonlarında istifadə etdikləri internetin həyatlarının çox önəmli parçası halına gəldiyini qeyd etdi. Ailələrin kompüter və interneti uşaqlardan uzaq tutma mövzusunda çarəsiz qaldığını bildirən Orhan, bir yandan müasir dövrün tələblərini yerinə yetirmə vacibliyi varkən, digər tərəfdən uşaqlarımızı necə qorumağımız gərəkdiyini çox təəssüf ki, bilmirik. Ailələrin ala biləcəyi tədbirlərlə qarşılarına çıxa biləcək pis niyyətli insanlardan övladlarımızı qoruya bilmək mümkündür ” dedi. Bəzi uşaqlar qarşı cinsdən müəlliminə xüsusi hislər duymağa başlayarkən, bəziləri isə yaş sərhədindən asılı olmayaraq kimliyindən əmin olmadığı insanlarla münasibət qurmağa başlayar. Bu söhbətlər özündən böyük şəxslər tərəfindən yönəldildiyi üçün, şəxsiyyət pozuntusu və sosiopatlara rast gəlindiyində mövzu təcavüzə qədər gedə bilər. Olduqca təhlükəli olan bu vəziyyətdən uşaqları uzaq tutmağın yolu, ayrılmış valideynlərdə ana və ata həyatdadırsa uşaq mütləq sistemli olaraq ayrı olduğu valideynlə görüşməlidir. Işləyən ata – analar isə günün müəyyən saatlarını uşaqlarına ayırmalıdırlar. Əgər ölüm səbəbi ilə valideynin biri yoxdursa, digər valideyn uşağa qarşı cinsdən bir örnək tapması şərtdir. Dayılar, xalalar və s. bura daxildir.  Dəyərsizlik kimi hislərin üstünlük təşkil etdiyi dövrlər ilk 6 il içində özünü qabarıq şəkildə göstərir. Yəni uşaqlar da böyüklər kimi özünü dəyərli hiss etmə ehtiyacı duyurlar. Övladınıza onun dəyərli olduğunu hiss etdirin. Ən önəmlisi xarakerinizə uyğun davranış olmasa belə onu hər gün mütləq qucaqlayın. Bu şəkildə davransanız onun özünü söhbət otaqları kimi internet portallarında dəyərli hiss etməsinə çalışmasının önünə keçərsiniz. Sizin məhrum buraxdığınız bu duyğuları tələ olaraq istifadə edəcək bir çox sosiopatın internetdə övladınızı gözlədiyini unutmayın. Uşaqlardakı güvən duyğusu inkişafının internet kimi güvənsiz mühitlərdən uzaq durmasının ilk şərti olduğunu vurğulayan Orhan, “ güvənli ortamda böyüyən, sağlam ailədə olan uşaqların belə yerlərdə narahatlıq duyduqlarını ifadə etdi. Mütəxəssis bildirir ki, güvən hissi aşılamaq üçün verilən sözlərin tutulması ən gözəl üsuldur. Güvəndə böyüyən uşaq təhlükəli mühitlərdən qaçır. Həmçinin bəzən uşaqlar real həyatda istədiklərini edə bilməyəndə kompüter aləminə yönəlirlər. Buna görə uşaqlara mümkün qədər zaman ayırmalı və keyfiyyətli vaxt keçirməlidirlər. Xüsusilə də analar oğulları, atalar da qızaları ilə daha çox vaxt keçirsə faydalı olar.” deyə vurğuladı. Onu da qeyd edək ki, bu halda qadağalar da düzgün həll yolu deyil. Kompüter və interneti qadağan etmək yerinə kompüterin müəyyən işlərə görə gərəkli olduğunu açıqlayın. Kompüteri qonaq otağı kimi ortaq məkana qoyaraq onun nələr etdiyini izləyə və  kompüterin evdəki hamıya aid olduğunu deyərək təhlükəsizliyini təmin edə bilərsiniz. 

Hazırladı: SEVİNC MƏMMƏDKƏRİMOVA 

 

ŞƏRH YAZIN