Övladınızı Yetərincə Dinləyirsiniz?

0
1735
Övladınızı Yetərincə Dinləyirsiniz?

Təsirli ünsiyyət ailə üzvlərinin qarşılıqlı olaraq bir – birilərini düşüncələrini və duyğularını başa düşmələrini  təmin edir. Ünsiyyətin ən önəmli xüsusiyyətlərindən birinin  “dinləmək”  olduğunu dilə gətirən Psixoloq Simge Gündoğan, dinləmənin uşağın gələcəkdə daha sağlam bir münasibət qura bilməsini, özü haqqında adekvat duyğulara sahib olmasını, özünə dəyər verildiyini hiss etdirən və özgüvən duyğusunun inkişafına diqqət çəkdi. Yaxşı bir dinləyici ola bilmək üçün... Səssizlik, uşağın demək istədiyinin nə olduğunu, danışdığı hadisənin altında yatan duyğusunu anlamağa çalışmaq, onu qarşılıqsız dinləmək, dürüst olaraq dinləmək, uşağın üzünə doğru baxmaq, bədən olaraq ona yönəlmək, göz təması qurmaq, uşağa doğru əyilmək, ona yaxın və eyni boyda olmaq lazımdır. Psixoloq Simge Gündoğan uşağın danışdıqlarında yer alan açar sözlərin təkrarlanması ilə “hmm”, “hə”  kimi danışığın  izləndiyi, dinləndiyi mesajını verən davam etdirici sözlərlə ya da əks əlaqənin müsbət olmasına yarayacaq qısa sualların verilməsi ilə doğru bir münasibət qura biləcəyini bildirdi. Uşaqla ünsiyyətdə uşağın yaşı, cinsiyyəti və şəxsiyyət keyfiyyətləri olduqca önəm daşıyır. Valideynlərin uşaqlarının yaş dövrü xüsusiyyətlərini bilmələri ünsiyyəti daha mənalı edər. Uşağın inkişaf və yaş xüsusiyyətləri bilindiyi zaman duyğuları da rahat anlaşılır və empatiya qura bilir. Qurulan belə sağlam münasibət uşağın şəxsiyyətinin müsbət yöndə formalaşmasına kömək edir. 

 
Tərcümə etdi: SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN