Oyunun Uşaq Psixikasındakı Rolu

0
1498
Oyunun Uşaq Psixikasındakı Rolu

Psixoloq Esra Savaş Kaplan, uşaqların imtina edə bilmədikləri faliyyətləri olan oyunun uşağın inkişafı və gələcək həyatını formalaşdırmaqda böyük rol oynadığını bildirdi.  Oyun uşağın dilidir, xəyal dünyası və reallıq arasında qurduğu körpüdür. Uşaq oyun vasitəsilə empatiya qurmağı, başqalarına hörmət etməyi, dialoqlarda öz məsuliyyətini dərk etməyi, səbirli olmağı, qaydalara əməl etməyi, stresslə baş etməyi, problemlərin öhtəsinddən gəlməyi və liderlik xüsusiyyətləri formalaşdırmağı öyrənir. Oyun uşağın inkişaf və formalaşması üçün sevgidən sonra ikinci ən vacib psixoloji  amildir. 

Oyunun uşağın psixikasına qatqıları:
• Oyun zamanı motorika hərəkətlərinin təkrarlanması sürətli, axıcı və doğru motor bacarıqlarının qazanılmasına yol açar. 
• Oyun şəraitində qurulan münasibət sonrakı dövrlərdə uşağın sosial davranışlarını müəyyənləşdirər. 
• Uşaq xoşbəxtlik, sevinc, ağrı, qayğı, dostluq, düşmənlik, nifrət, kin, sevmək, sevilmək, güvən duymaq, ayrılıq, ölüm kimi bir çox emosional reaksiyaları oyun yolu ilə öyrənir.
• Uşağın nitq qabiliyyətini inkişaf etdirər, söz ehtiyatını zənginləşdirər. Onun rahat şəkildə fikrini çatdırmsına kömək edər. 
• Uşaq sual verməyi, yeni məlumatlar almağı, əşyalardan istifadə qaydalarını öyrənər, dünyanı və ətrafını kəşf edər, maraq duyğusunu təmin edər.
 
İstisna hallar: 
Bütün bunlara baxmayaraq dostlarına və oyuna uyğunlaşa bilməyən, qaydalarla hərəkət etməkdə çətinlik çəkən, eqosentrik davranışı ilə sadəcə özünün oyunu idarə etməsini istəyən, oyuncaqlarının hamısının özünün olduğunu düşünüb onları əlindən yerə qoymayan, səbrsizliklə növbəsini gözləməyib digər uşaqlardan önə keçməyə çalışan uşaqlar da var, hansıki onlar həmin oyun mühitində digər uşaqlar tərəfindən istənilmirlər və kənarlaşdırılırlar. Bu uşaqların əsas istədikləri oyuna kənardan baxmaq deyil o oyuna daxil ola bilməkdir. Əgər qısa müddət ərzində uşaqdakı bu davranışlar dəyişdirilərsə, inkişaf uşaq üzərində hər hansı bir təsir olmadan öz axarı ilə davam edər,  amma  kənarlaşdırılma problemin uzanması ilə bərabər uşaqda travmatik təsir yarada və davranış pozuntularına səbəb ola bilər.  Bir müddət sonra uşaq heç istəmədiyi halda dostlarının oyuna daxil olmaq deyil, oyunlarını pozmaq istəyə bilər, öpmək istədiyi halda vura, öyrənmək, oxumaq istədiyi halda müəllimə cəmiyyət normalarına uyğun olmayan kəlimələr sərf edə bilər. Bu hallar uşağın gələcək həyatına da öz təsirini göstərər. 
 
Tərcümə etdi: Sevinc Məmmədkərimova 
 

ŞƏRH YAZIN