Şiddətə Məruz Qalmış Uşağın Psixologiyası

0
2346
Şiddətə Məruz Qalmış Uşağın Psixologiyası

Günlərdir Kayseridə ögey ana tərəfindən şiddətə məruz qalan iki balaca uşaq haqqında danışırıq. Ögey anaya 46 il həbs cəzası verildi. Bəs şiddət görmüş bu uşaqlar yaşadıqları travmanın öhtəsindən necə gələcəklər? Uşaq terapisti Psixoloq Ramazan Şimşək danışdı...

Uşaqda formalaşan güvən duyğusu yaşadığı hər dönəmdə həyatına təsir göstərər. Yəni uşaq ata və ana ilə necə münasibət qurarsa həyatla da o şəkildə münasibət qurmağı öyrənər. Verbal və ya fiziki cəhətdən şiddətə məruz qalan uşaqların ilk olaraq güvən duyğusu zədələnər. Ən çox güvənib etibar etdiyi insandan şiddət görən uşağın psixikası darmadağın olur. Güvən duyğusu sarsılan uşağın şüuraltında bu hadisə həyatda “ata – anana belə güvənməyəcəksən” şəklində formalaşar. Hər yerdən təhlükə gözləyən uşağın psixikasında paranoyak düşüncələr formalaşar. Bütün münasibətlərə şübhə ilə yanaşması onun şəxsiyyətinin sağlam inkişafına mane olur. Eyni zamanda gələcəkdə yarana biləcək psixi xəstəliklərin təməlini qoyar. Ikincisi, uşağın bədəni fiziki şiddətə məruz qalmışdır. Bu yaralar onun  sağlam düşüncələrini zədələyər.
 
Təcavüzə məruz qalmış uşaq aşağıdakı 3 yoldan birinə baş vurar. 
1.Ağrı və əzabdan qaçmaq – bu yola baş vuran uşaq əzablara boyun əyməyə öyrəşər, passiv və bağımlı şəxsiyyət halına gələr. Belə uşaq artıq hər cür təcavüzə açıq hala gələr. Özünün şüuru formalaşmaz, kim nə desə ona uyğunlaşmağa başlayar. 
2.Ağrıya qarşı mübarizə - belə uşaq öz əzabını sakitləşdirmək üçün davamlı olaraq özünə, heyvanlara, insanlara şiddət göstərər. Etdiyi təcavüz sadəcə fiziki cəza ilə məhdudlaşmaz, kiçik yaşlarda həmcinslərinə, böyük yaşda isə qarşı cinsə şiddət göstərərlər. Bu cür uşaqlarda ən çox hiperaktivlik, əsəbilik, aqressivlik, yalan danışmaq, oğurluq kimi hallar nəzərə çarpar. 
3.Uzaqlaşma – bu yolu seçən uşaqlar cəmiyyətdən, insanlardan ayrı düşərək əzablarını basdırmağa çalışırlar. Qatillər, cinsəl problemləri olan insanlar, maddə bağımlıları əsasən bu qrupdan çıxar. Gizli – gizli həyatdan intiqam almağa çalışırlar. Uşaqlıqda isə daha çox kəkələmə, sidik buraxma, özünəqapanıqlıq, fikir dağınıqlığı müşahidə olunur. 
Ümumiyyətlə bu məsələdə hər iki tərəfə psixoloji dəstək şərtdir. Səbəbi nə olursa olsun övladına qarşı fiziki cəza tətbiq edən ata – ananın psixikasında az və ya çox dərəcədə problem vardır və mütləq mütəxəssisdən yardım almaları lazımdır. Şiddətə məruz qalmış uşaqların psixi sağlamlığının bərpa olunması üçün ilk növbədə valideynlərin, ardından isə uşaqların psixolji yardım alması vacibdir. Bəs şiddətə məruz qalmış uşaq üçün nələr edə bilərik? Əgər uşaq 0 – 3 yaş aralığındadırsa ən təsirli terapiya oyun terapiyasıdır. Bununla bərabər musiqili terapiya da uşağı sakitləşdirər və özünü güvəndə hiss etməsini təmin edər. Üç yaşdan yuxarı uşaqlar üçün isə şəkil və hekayə terapiyalarıdır. Əgər uşağın məruz qaldığı şiddət travmatik təsir yaradıbsa onda EMDR yəni travma sonrası travmanın təsirlərinə qarşı duyarsızlaşdırma, hissizləşdirmə üzərinə qurulan terapiyadan istifadə olunar. Evdə edilə biləcək ən yaxşı üsul isə güvənli mühit yaratmaqdır. Şiddət və qorxu ifadə edən cizgi filmlərdən, kompüter oyunlarından onun keçmiş xatirələrini yadına sala biləcəyi üçün mütləq şəkildə uzaq durulmalıdır.  Ata və ananın edə biləcəyi ən yaxşı şey isə uşaqla bolca oyun oynamaqdır. Güvəni, etibarı, sevgini, bağlılıq və sevinci inşa etmənin ən təsirli yolu oyundur. 

 
HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN