Uşağın Çəkdiyi Şəkil Nə İfadə Edir?

0
6371
Uşağın Çəkdiyi Şəkil Nə İfadə Edir?

Şəkil fərdin öz aləmində qarmaşıq dünyasınının açıqlayıcı və zehni inkişafının göstəricisi sayıla bilər. Uşaq şəkillərinin başlıca önəmi, uşağın düşüncə şəklini ifadə edir. Şəkil, uşağın xarici aləmi anlamasının bir göstəricisi olaraq qəbul edilir. Burada əsas məsələ viziual olaraq sərgilənən mövzunun nə ifadə etdiyidir.  Uşaq psixiatrı Dr. Senem Turan uşaq və şəkil arasındakı münasibəti izah etdi. Klinik baxımdan şəkil şəxsiyyətin dəyərləndirilməsi və ya psixi pozuntuların tanınmasında yararlı olmaqdadır. Şəkil basdırılmış emosiyaların ifadə edilməsinə kömək edən vasitədir. Bu duyğuların ifadəsi üçün yeganə yol  deyil, amma uşaqlar üçün bu effektiv yoldur. Uşağın çəkdiyi şəkildə onun şüuraltında yatan qorxu və istəkləri ifadə edir, amma bu arzuların izahı simvolik və ya gizli ola bilər.

Şəkillə inkişaf mərhələləri  3 əsas mərhələdə özünü göstərir.  1. Mənasız, sadə qaralamalar mərhələsi. 2. Aşkar şəkillər mərhələsi. 3. Mənalı şəkillər mərhələsi.  Sadə qaralamalar 2 yaşına doğru başlar, 2 - 3 yaşlarda konkret şəkillər çəkirlər. 3 – 4 yaşlarında mənalı şəkillər (diaqramlar) ortaya çıxar. 4 yaşına doğru uşaqlar insan, heyvan, bina və s. şəkillərini çəkərək yeni mərhələyə çatarlar.  Sadə qaralamalar, aşkar şəkillər və mənalı şəkillər arasındakı əsas fərq budur: Sadə və aşkar şəkillər öz – özlüyündən, mənalı şəkillər isə üzərində düşünüldükdən sonra ortaya çıxar. Dairə, uşağın incəsənət fəaliyyətində sadədən mürəkkəbə keçidin  ifadəsidir. Uşaq 4 – 5 yaşlarına qədər heç bir ayırım etmədən və öncədən qərarlaşdırmadan rəngləri istifadə edir. Bu mərhələdən sonra uşaq parlaq və açıq rənglərdən başlayaraq yavaş – yavaş bol rəng istifadə edəcəkdir. Ilk zamanlar 3 əsas rənglə, qırmızı, sarı və mavi ilə kifayətlənir. Mütəxəssisin fikrinə görə qırmızı rəngi çox işlədən ya da bütün səhifəni qırmızıya boyanan uşaqlar zaman – zaman kobud, davakar və iddiaçı davranışlarla xarakterizə olunur. Uşaq şəkillərində ən çox insan fiquru əsas məsələdir. Bir insan şəkli çək testi ilə çəkilmiş şəkillərdə əsasən öz cinsindəki insan şəklini çəkirlər. Bu, uşağın öz cinsəl kimliyini qazanması ilə açıqlanır. Uşaq şəkillərdə ev çəkirsə deməli ev onun emosional yaşamının olduğu  mərkəzdir. Ev içindəki yaşam şəkillərdə önəmli yer tutar. Valideyn fiquru isə çox zaman böyük ölçüdə çəkilir. Şəkil uşaqların anlamamıza yardım edəcək vasitədir, amma sadəcə şəklə baxmaqla uşağın psixi inkişafı ilə bağlı dəqiq məlumat demək olmur. ( Uşaq Psixiatrı Dr. Senem Turan )


HAZIRLADI: SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN