Uşağın Həyatında Televizora Yer Verməyin!

0
1660
Uşağın Həyatında Televizora Yer Verməyin!

Uşaqların televizor qarşısında zaman keçirməsinin bir çox mənfi yönlərinin olduğunu bildirən Fizioterapevt  Ebru Albayrak Sidar, uşaqlarda televizor alışqanlığını izah etdi...

0 – 3 yaş arasındakı uşaqların uzun müddət TV qarşısında qalmaları bir çox xoşagəlməz nəticələrə səbəb olur. Nitq inkişafında geriləmə, hərəkətsizliyə bağlı kökəlmə kimi neqativ təsirlər yaradan televizor seyr etmənin  yol açdığı digər problemləri  Fizioterapevt Ebru Albayrak Sidar bildirdi : uşağın zamanını alaraq, onu yaradıcı fəaliyyətlərdən məhrum edər. Real olmayan insan və canlıların olduğuna inanaraq, gerçək həyatdan uzaqlaşar. TV ekranından yayılan səs, rəng və işıqlar uşağın sinir sisteminin yorulmasına səbəb olar. Həmçinin bunlar epilepsiya kimi xəstəliklərə belə yol aça bilir. Məsələyə emosional yöndən yanaşaraq, deyə bilərik ki, bu uşağın ekrandakı obrazlarla empatiya qurmasına və həyəcan, qorxu, üzüntü kimi duyğu aləminə sürüklənməsinə səbəb olur.  

0 – 3 yaş arasındakı uşaq, doğru – yanlış, xəyal – gerçək kimi ayrıntıları müəyyən edə bilməyəcəyi üçün gündəlik həyatına təsir edəcək davranış pozğunluqlarına yol açar. Sosiallaşmaq və yaxınları ilə vaxt keçirməli olan uşaqlar TV önündə öldürülən zamanla ,insan münasibətlərindən  və əxlaqi gerçəklikdən uzaqlaşırlar. Fizioloji inkişaf baxımından isə uşaqlara neqativ yöndə təsir edən, ən önəmli dövrlərini TV önündə oturaraq keçirmələri , bunun nəticəsində isə bədənlərində müxtəlif duruş pozğunluqları yaranır. Uşağın danışma, gülmə, ağlama və b. sosial və duyğusal reaksiyalarına cavab verməyən, təktərəfli, cansız bir varlıq olan televizor, zaman içində uşağın da reaksiyalarının azalmasına və sönükləşməsinə səbəb olur. 0 – 3 yaş arasındakı uşağın ailəsi xaricində, psixososial və psixomotor inkişafını dəstəkləyə biləcəyi və televizor qarşısında keçirdiyi zamanları bərpa edə biləcəyi başqa bir sosial məkanı olmayacaqdır. Məhz bu səbəblə də inkişaf mərhələlərində ailəsindən öyrənə biləcəyi bir çox şeylərdə müxtəlif əksikliklər görüləcəkdir. Uzun müddət TV qarşısında qalmış uşaqlarda görülən bəzi əlamətlər bunlardır: ətrafa qarşı laqeydlik, onlarla duyğusal və sosial ılaqəyə girməmə, özünəyönəlik olma, susqun, sönük, çağırılanda baxmama, göz təması qurmama, insanlar və yaşıdları ilə maraqlanmama, danışmama, cümlə qurmama, fəaliyyətlərdə geriləmə, emosional cavab reaksiyasının olmaması və s.

 
 
HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN