Uşağın Özgüvənini İnkişaf Etdirən Tövsiyələr...

0
857
Uşağın Özgüvənini İnkişaf Etdirən Tövsiyələr...

Araşdırmalar göstərir ki, valideynlərin uşaqlarının özgüvənli olaraq böyümələrini istərlər, amma bu istəyə uyğun olmayan mühafizəçi və müdaxiləçi valideyn münasibəti nümayiş etdirərlər. Digər tərəfdən özgüvən anlamı get – gedə aqressiv, dominant, lider xüsusiyyətlərinə sahib, eqosentrik mənaya yerləşir. Belə ki, özgüvənin əslində şəxsin özünə verdiyi dəyəri qoruya bilən, özünü tanıyan, sosial, özünə və insanlara dəyər verən, səhvlərinin fərqində olan, davamlı olaraq inkişaf edən bir şəxs olmasını təmin etdiyini unutmayaq.

Uşaqların özgüvənlərini inkişaf etdirmək adına nələr  edilə bilər? İlk olaraq onlara örnək olun: sizin də səhvlər etdiyinizi, özünüzü olduğunuz kimi qəbul etdiyinizi amma bir tərəfdən də formalaşmağa davam etdiyinizi göstərin. Digər əsas məsələ odur ki, uşaqdan üzr istəməkdən çəkinməyin. Beləcə ona nə qədər dəyər verdiyinizi və yanlışların necə düzəlməli olduğunu bildirin. Formalaşmasına izin verin. Otağını toplamasına, pul ödəməsinə, çantasını hazırlamasına, yemək bişirməsinə, ayaqqabı bağlamasına fürsət verin və bunları onun yerinə siz etməyin. Cəsarət verici sınaqlara yönləndirin. Müəyyən yaşdan sonra liftə tək minməsinə, nələrisə daşımasına, avtobusa minməsinə, ağaca çıxmasına izin və fürsət verin. “Sən də ona vur” deməyin.” Biri sənə vursa sən də ona vur “ demək yerinə əvvəl xəbərdarlıq etməyi, uzaqlaşdırmağı, yardım istəməsini, əgər bu fürsət yoxdursa özünü qorumağı öyrətmək daha faydalı olacaqdır. ”Biri sənə vuranda sən də ona vur“ dedikdə uşaq kobud davranışın normal olduğunu düşünəcək. Mükəmməlliyyətçi olmayın. Uşağın səhv etməsinə, kirlənməsinə, maraqlarına, qayğılarına, nadincliyinə qarşı tənqidçi olmayın. Səhvlərindən belə nəticə çıxarması üçün istifadə edin.”Yenə çox bacarıqsızsan” demək əvəzinə, “gələn dəfəyə daha diqqətli tuta bilərsən” deyin. Onu narsist (özünü hədsiz bəyənən) olaraq yetişdirməyin: mənim oğlum sinifin ən ağıllısı, mənim qızım əla şəkil çəkir, neçə dəfə mükafat aldı, hamıdan savadlıdır və s. mesajlarına məruz qalan uşaqlar, “mükəmməllik və birincilik mənim işimdir, bu cizgidən kənara çıxsam mənim sonum olar” mesajını çıxara bilərlər. Beləcə içi boş ya da yetərsizlik qorxuları ilə dolu bir mükəmməl görüntünün ardından gedə bilərlər. Sənət və idmanı uşağın həyatına daxil edin. Udmağın və uduzmağın bir yerdə olması səbəbiylə idman, şəxsin öz gücünü ortaya qoymaqdan çəkinməməsi səbəbilə də sənət hər yaşdan insanın özgüvənini dəstəkləyəcəkdir. Onu tanıyın və dinləyin. Sürətlə böyüyən uşağınızın gözlərinə baxmağı, onu dinləməyi, dəyişən çevrəsi və maraqlarını izləməyi unutmayın. Etdiyi hər şeyi əvvəl özü üçün etdiyini, akademik bacarığın yaşam bacarığından sonra gəldiyini unutmayın və ona öyrədin. (Klinik Psixoloq Göksu Telmaç)

 
HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA
 

ŞƏRH YAZIN