Uşaq Otağına Televizor Qoymayın!

0
2033
Uşaq Otağına Televizor Qoymayın!

Uşaq otağında televizor olmasının uşağın həm fiziki, həm psixoloji inkişafına mənfi təsir edəcəyini bildirən Pedaqoq Sevil Yavuz, uşaq otağındakı televizorun səbəb olacağı problemləri açıqladı. Texnika çağında olmanın müsbətləri qədər mənfiləri də var. Texnologiya inkişaf etdikcə bədənimiz daha az işləyir, get – gedə tənbəlləşir. Texniki alətlərə bağlılıq da getdikcə artır və bu bağlılığın müalicə olunması üçün mərkəzlər, klinikalar açılır. Texnologiya alüdəçiliyin başında kompüter, telefon, televizor kimi cihazlar gəlir. Həyatımızı telefonsuz, televizor və kompütersiz təsəvvür edə bilmirik. Artıq hər evdə bu cihazlardan mövcuddur. Bəzi evlərdə hətta bu say iki və üçə çıxa bilir. Bu halda uşaqlar, evdən kənarda zaman keçirmək yerinə bu texniki alətlərlə təkbaşına zaman keçirməyi üstün tutur. Valideynlər bu haqda yetərli məlumatlara sahib deyillər deyə, uşaqlara bu zərərli alətlərlə uzun müddət vaxt keçirməyə icazə verirlər.  Uşaqlara sərhədsiz azadlıq vermək faydalı deyildir.  Lakin bir çox hallarda valideynlər bu azadlığı telefon, televizorla birgə verirlər.  TV izləmək bunların ən başında gəlir. Ata – anasının izlədiyi proqramı bəyənməyən uşaq TV- ni öz otağında izləmək istəyir.  Valideynlər də bunu həll olaraq görür. Bu hal uşaqda evin içində ayrı bir ev  varmış kimi  hiss etməsinə səbəb olur.  Uşaq öz otağında zaman keçirir, valideynlər salonda. Bu vəziyyət bir çox problemlərə səbəb olur.

Bəs uşağın otağında tv olmasının çatışmamazlıqları nələrdir?  Ata – ana ilə uşaq arasında ünsiyyət zədələnir: Münasibətlər sanki soyuyur. Birlikdə keçirəcəkləri zamanı ayrı keçirilər, bu da təbii ki, uşağın valideynlərə və əksinə yadlaşmasına səbəb olur. Birlikdə söhbət edə bilməyəcək hala gələrlər.  Yaşına uyğun olmayan proqramlar izləyə bilərlər: Uşaq otağında yaşına uyğun olmayan proqramlar, şiddətə yönəlik, uşağın psixikası üçün zərərli verilişlər izləyə bilər. Təbii ki, bu hal psixoloji inkişafa mənfi təsir edir. Qidalanma problemləri üzə çıxa bilər: uşağın otağında TV olması, televizor qarşısında yemək yeməsi  çox qidalanmasına səbəb olar. Belə olduqda da normadan artıq çəkidən əziyyət çəkə bilər. Sağlamlıq problemi artır: araşdırmalar yataq otağında televizor olan uşaqların, otağında televizor olmayan uşaqlara görə daha çox sağlamlıqla bağlı problemlər yaşama riskinin yüksək olduğunu göstərir. Dostluq münasibətləri inkişaf etmir: uşaq otağında TV fasiləsiz izləndiyi zaman həyətə və s. yerlərə getmir, ona görə də yaşıdları və dostları ilə daha az zaman keçirir. Münasibətlərdə soyuqluq yaranır. Buna görə də sosial əlaqələri zəif inkişaf etmiş və  qapalı olurlar.  Uşaqların eqoist davranmalarına səbəb olur:  uşağın həyatı daha rahat qəbul etməsinə  və yalnız özünün düşünməsinə səbəb olur, özünə aid otaqda ayrı bir evi varmış kimi rahat davranır. Digər tərəfdən məsuliyyət almaq istəmir. Heç kim otağıma girməsin və rahatlığımı pozmasın deyə düşünür. Ata – anaya qarşı hörmət getdikcə azalır, onları ata – ana kimi deyil, ev yoldaşı kimi görmələrinə səbəb olur.  Qısacası, uşağın otağına TV qoyulması, otağın uşağa pulsuz kirayəyə verilməsi kimi bir hal yaradır. Istənilən halda bu vəziyyət həm psixoloji, həm fizioloji, həm də sosial cəhətdən inkişafda problem və ləngimələrə səbəb olur. Buna görə də övladınızın sağlam gələcəyi üçün onunla əlaqəli hər detalın varlığına diqqət yetirin və uşağınızla münasibətinizi pozmayın. 

Hazırladı: SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN