Uşaqlar Heyvanlardan Qorxursa ...

0
1854
Uşaqlar Heyvanlardan Qorxursa ...

Qorxu insanın  həyatda qalması üçün lazımlı duyğulardan biridir.Lakin,hər bir qorxu məntiq çərçivəsində nəzarət altına alınmalı və müəyyən normada olmalıdır.Həyata yeni-yeni addımlarını atan uşaq üçün alışılmamış olan hər şey kimi heyvanlarla da ilk qarşılaşma narahatlıq verici ola bilər.
Burada  uşaq üçün valideynin yeni olan varlıqlarla qarşılaşdıqlarında verdiyi  reaksiya vacibdir. Bir çox valideynlər  uşağının özünə güvənmədiyindən,müəyyən qorxuları olduğundan şikayətlənir.Ancaq ana və atalar,nənələr,babalar,xalalar,bibilər bir intizam vasitəsi olaraq uşaqları heyvanlarla qorxutma üsulundan bol-bol istifadə edirlər.
"Hav-hav gəlir","dinc dayanmasan  səni aslanlara verərəm","şkafları qarışdırma böcək var, dişləyər" kimi tez-tez müraciət edilən tərbiyə etmə üsulu doğru deyil.Əslində burada  böyüklər artıq öz qorxuları ilə uşaqlara örnək olurlar.
Uşaqlardakı qorxuları aradan qaldırmaq üçün ilk  əvvəl ailələr öz qorxularının  öhdəsindən gəlməlidirlər.Heç bir heyvan növü özünə qarşı yönəlmiş və ya yönələ biləcək bir təhdid hiss etmədiyi müddətcə insana zərər verməz.Təbiətdə min bir heyvan olduğu üçün də bir uşağın bir heyvanla qarşılaşmamaq şansı yox kimidir.
Buna görə də bir ailə uşağı ilə birlikdə bir heyvanla qarşılaşdıqda o heyvana sevərək yaxınlaşmalı,əvvəl heyvanı sakit bir şəkildə  izləməli  sonra da o heyvanın xüsusiyyətlərini uşağa doğru şəkildə başa salmalıdır.Məsələn,itin insana zərər vermədiyini,bir insandan zərər görmə təhlükəsi hiss etmədiyi  müddətcə  itin insanları dişləmədiyini,hansı heyvanın hansı vəziyyətlərdə zərər verə biləcəyi  başa salınmalıdır.Heyvanla  qarşılaşan uşaq  heyvandan qorxarsa,uşağı  heyvana  zorla yaxınlaşdırmaq,heyvanı uşağın üstünə atmaq,zorla əl vurmasını istəmək də qorxuları artırır.
Qorxu  vəziyyətində  ailələrin müsbət,güvənverici,qorxunu dəstəkləməyən və açıqlayıcı davranışları kifayətdir.Məsələn,ailələr özlərinin də qorxmadığı  bir heyvandan bəhs edərək   uşağa heyvanlardan qorxulmaması lazım olduğunu bildirməlidirlər.Hətta uyğundursa,valideynlər  qorxmadıqları bir ev heyvanını evlərində saxlaya bilərlər.Doğru və lazım olduğu şəkildə  baxılan ev heyvanları  uşaqlarda sevgi,sevilmə duyğusu,insanlararası duyarlılıq və insanlararası əlaqəni gücləndirər.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN