Uşaqlarda Agressiyanın Səbəbləri

0
2040
Uşaqlarda Agressiyanın Səbəbləri

"Aqressiya" latın dilindən tərcümədə "hücüm etmək" anlamını daşıyır. Bu zaman məqsəd digər canlı varlığa zərər yetirmək və ya təhqir etmək olur. Şərti olaraq aqressiyanı 2 növə bölürlər:
 
1. Düşmənçilik məqsədilə kiməsə zərər yetirmək üçün.
2. İnstrumental məqsədə çatmaq üçün.
 
Bəzən aqressiyaya balaca uşaqlarda da rast gəlinir. 3 yaşa qədər uşaqlarda aqressiyanın növləri:
 
1-2 yaşda qıcıqlandırıcı amilə qarşı(iynə vurmada,tanımadığı insanların əhatəsində). 
 
2-2,5 yaşda öz yaşıdlarına qarşı.Özünə aid olan hər şeyi tələb edir və müdafiə edir.
 
3 yaşda daha çox instrumental aqressiyaya rast gəlinir.Öz istəklərinə çatmaq istəyi baş qaldırır(qışqırır və ya ağlayır). 
 
Səbəbləri isə müxtəlifdir: 
 
1. Orqanik: Beyində iltihablanma kimi problemlər aqressiyaya səbəb ola bilər. Belə bir vəziyyətdə dərmanlı müalicə mütləqdir.
2. Uşağın yığılan enerjisini necə boşaldacağını bilməməsi.
3. Uşağın müşahidə etdiyi aqressiv nümunə: Bu model uşağın öz valideynləri ola biləcəyi kimi–yoldaşı, bir yaxını və ya TV qəhrəmanı ola bilər.
4. TV-dəki şiddət səhnələri: Uşağın seyr etdiyi TV proqramları idarə altına alınmalıdır. Və ya təsadüfi seyr vəziyyətində valideynlər aqressiv səhnələri şərh etməli, doğru olmadığını vurğulamalıdır.
5. Uşağın şiddətə məruz qalması.
6. Ailə içindəki mübahisəli mühit: Evdəki gərginlik narahatlığa və hirsə; hirs də təcavüzkarlığa səbəb ola bilər.
7. Uşağın yoldaşlarının xoşagəlməz davranışa malik olması.
8. Şiddətə təhrik edən mühit: Uşaqla lağ edilməsi kimi...
9. Valideynlərin təcavüzkarlığı gücləndirən reaksiyaları: Məsələn, uşağın hirslə istədiyi şeyləri anında etmək kimi. Bu vəziyyətdə təcavüzkarlıq davranışı mükafatlandırılmış olar.
10. Sevgi ehtiyacının ödənilməməsi, uşağa kifayət qədər lazımi marağın göstərilməməsi.
 
Qeyd edilən yollarla uşağınızdakı aqressiyanın səbəbini müəyyənləşdirə bilərsiniz. Zamanında tədbir görülməsi çox önəmlidir. Əks halda, gələcəkdə heç də yaxşı olmayan nəticələr verə bilər. 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN