Uşaqlarda Depressiyadan Nə Zaman Şübhələnməliyk?

0
2004
Uşaqlarda Depressiyadan Nə Zaman Şübhələnməliyk?

Müasir dövrümüzdə texnologiyanın inkişafı, modern həyat və bunların gətirdiyi  yeniliklər yetişkinlərin psixi sağlamlığına təsir etdiyi kimi uşaqları da öz təsiri altına alır. Uşaq psixiatrı Dr. Filiz Kılıç, uşaqlarda depressiyanın səbəblərini açıqladı... Son illərdə edilən araşdırmalar uşaqlıq çağı depressiyasının artdığını ortaya qoyur. Uşaqlarda məktəb qabağı dövrdə 1%, məktəb dövründə 2% depressiya görülərkən, yeniyetməlik çağında bu 10 – 14%-ə qədər çıxır. Uşaqlardakı depressiya anlaşılıb müalicə edilmədikdə xronik hal alır və nəticələri intihara qədər gedə bilər.

Uşaqlarda depressiyadan nə zaman şübhələnməliyik? Bəzən çox açıq simptomlar görülərkən, bəzən də problem gizli şəkildə irəliləyə bilər. Uşaqlarda akademik göstəricilərin aşağı enməsi, diqqət yayınması, öyrənmə çətinliyi, sevilmədiyi düşüncəsi, özgüvənin azalması, inciklik, tez ağlama, inadkarlıq, yuxu və iştah pozuntuları, immunitetin zəifləməsinə görə tez xəstələnmə, əsəbilik, özünə hirslənmə, az danışma, qorxular müşahidə edilir. Bəzən baş ağrısı, qarın ağrısı, mədə bulanması, yatağını islatma kimi fizioloji əlamətlər də depressiyanın xəbərçisi ola bilər. Depressiyanı başladan səbəblər: sevilən birinin xüsusilə valideynlərdən birinin itirilməsi, valideynlərin boşanması, xronik xəstəliyin mövcudluğu, ailə içi münaqişələr, problemlər, uşağa qarşı  duyğusal  laqeydlik, fiziki istismar, ailənin uyğun olmayan yanaşma tərzi (çox müdaxilə, hədsiz qadağalar qoyma və s. )ola bilər. Diqqət əksikliyi və hiperaktivlik, öyrənmənin çətinliyi, nitq pozuntuları kimi psixiatrik patalogiyalar – valideynlərdən birinin, xüsusən də ananın depressiyada olması və s. Bütün bu əlamətləri görən və hiss edən ana – atalar mütləq mütəxəssis yardımına baş vurmalıdırlar. Depressiyanın uşaqlıqda bilinib müalicə edilməsinin bütün həyat keyfiyyətinə təsir edəcəyi və müalicənin sonrakı yaşlardakı psixi sağlamlığa önəmli yatırım olduğu unudulmamalıdır. Uşaq Psixiatrı Dr. Filiz Kılıç

 
Tərcümə  etdi: SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN