Uşaqlarda Depressiyanın Əlamətləri Nələrdir?

0
2185
Uşaqlarda Depressiyanın Əlamətləri Nələrdir?

Artıq depresiyya ciddi xəstəliklərdən biri sayılır. Bəzən böyüklərlə yanaşı uşaqlar da depressiyaya düşə bilirlər. Bəs bu nədən baş verir?
Körpəlik dövründən etibarən güvən mühitində böyüdülməyən, ehtiyacları qarşılanmayan, stress altında, diqqət əskikliyi, öyrənmə və ya davranış pozulması olan uşaqların daha asan depressiyaya düşdüklərini deyə bilərik.Uşaqlarda depressiyanın əsas əlamətləri aşağıdakılardır:
-Müəyyən bir səbəb olmadan yersiz şəkildə və ya ola biləcək şeylər haqqında narahatlıq hiss edirlər.
-Yuxusuzluq kimi şikayətlər, qorxulu yuxular və tək yata bilməmə halları özünü göstərir .
-Ümumiyyətlə gərgin, ağlağan, narahat olar, düşüncələrini toplamaqda çətinlik çəkərlər.
-Bir insandan həddən artıq asılı olma, utancaqlıq kimi davranışlar göstərərlər.
-Məktəbli uşaqda ətrafı və yaşıdları tərəfindən təsdiqlənməyəcəyi qorxusu ön plana çıxar. Uşaq öz fikirini söyləməkdən çəkinə bilər, bəzilərinin köməyi və dəstəyi olmadan bir işə girişmək istəməyə bilər, yoldaşlığa başlamaqda çətinlik çəkə bilərlər.Səhv bir şey söyləyə biləcəyi qorxularıyla dərsdə iştirakı azala bilər. Dərslərini də uğurlu ola bilməyəcəyi narahatlığıyla məktəbə getmək istəməyə bilər.
-Özünü boşluqda hiss etmə.
-Tez ağlamaq.
-Tez-tez baş ağrısı,qarın ağrısı kimi fiziki şikayətlər.
-Sevdiyi şeyləri etməmək, zövq almamaq, oyun oynamamaq.
-Dəyərsizlik duyğusu,kimsə tərəfindən sevilmədiyindən ya da az sevildiyindən şikayət etmək.
-Günahkarlıq duyğuları- olanları öz günahı olaraq şərh etmək.
-Ümidsizlik.
-Bədbəxtlik.
-Enerji əksikliyi.
-Ünsiyyət əksikliyi.
-Hirs və ya düşmənlik davranışlarında artma.
-Az ya da çox yemək yemək.
-Küsəyənlik.
-Həddindən artıq hərəkətlilik ya da əksi.
-Diqqət dağınıqlığı, məktəbdə müvəffəqiyyətdə uğursuzluq.
-Ailə əlaqələrində pozulmaq, söz dinləməmək ya da çox səssiz qalmaq.
-Ailə xaricində uyğunlaşma çətinliyi.
-Ailə problemlərində əməkdaşlıqdan qaçmaq.
-Ailədən uzaqlaşmaq.
-Yoldaş problemlərində artma, özünü kənarlaşdırılmış və tək hiss etmək.
-Evdən qaçmaqla əlaqədar sözlər və ya təşəbbüslər.
-Ölümdən danışmaq, qorxmaq.
-İntihar cəhdi.

 
Korrektə etdi: Günel Ibadova

ŞƏRH YAZIN