Uşaqlarda Epilepsiya Xəstəliyi

0
5083
Uşaqlarda Epilepsiya Xəstəliyi

Uşaqlarda epilepsiya müxtəlif səbəblərdən yarana bilir.  Epilepsiya – beyində anormal elektrik aktivliyindın qaynaqlanan spontan  tutmalardır. Cəmiyyətdə  hər 100 nəfərdən birində rastlanan xəstəlikdir. Epilepsiya diaqnozu qoya bilmək üçün klinik baxımdan ən azından iki atak ( tutma )olması lazımdır.  Bir gün ərzində qızdırmasız keçən bütün tutmalar “ tək atak” olaraq qeydə alınır. EEG görüntüləri  normaldırsa ilk tutmadan sonra xəstəlik dərmansız izlənilə bilər. Tutnaların təkrarlanması riski 30 – 50 % arasında dəyişir. Epilepsiya tutmaları, uzun müddətli aclıq, stress və yuxusuzluq səbəbindən təkrarlanır. Bunun üçüün mümkün qədər bu hallardan yayınmaq lazımdır. Epilepsiya uşaqlarda yenidoğulmuş dövrdən başlayaraq hər yaş dövründə fərqli şəkildə özünü göstərir.  Bəzi tutma tipləri ( boş baxmaq )valideynlər tərəfindən ciddiyə alınmır. Bu da nəticə olaraq diaqnoz və müalicənin gecikməsinə səbəb olur. Südəmər uşaqlarda ataklar durub – dururkən önə və ya arxaya doğru qapanma şəklində olur,epilepsiyanın  ağır növüdür, West sindromuna işarə edər. Geriyə doğru qısılmaları ailələr yanlış olaraq qaz sancısı hesab edirlər. Yeniyetmə qızlarda xüsusən səhər saatlarında meydana çıxan qollarda ani sıçrama ilə əllərindəki əşyanın düşməsi ilə müşahidə olunur. Bəzi tutma növləri TV qarşısında, hamamda duş alarkən olur və "Refleks epilepsiyası" adlanır. Ananın hamiləlik dövründə keçirdiyi xəstəliklər, ciddi təzyiq və nəbz göstəricilərinin dəyişməsi , doğum zamanı uşağın oksigensiz qalması, uşağın keçirdiyi xəstəliklər, infeksiyalar ( meningit, ensefalit ), beyin travmaları, beyin damar xəstəlikləri, çox miqdarda qəbul olunan dərmanlar, zəhərlənmələr və s. səbəbindən yarana bilir.

Epilepsiyanın Müalicəsi 

Epilepsiya diaqnozu qoyulduqdan sonra gecikmədən müalicəyə başlamaq lazımdır. Bu müalicə uzunmüddətlidir, ən az iki, beş il və hətta büyün ömür boyu davam edə bilər. Epilepsiyanın müalicəsində ən əsas medikamentoz müalicədir. Bunlar antiepileptik dərmanlar adlanır. Dərmanlar gündə  bir ya iki dəfə verilməlidir, dozadan artıq qəbul edilməməlidir. Dərman seçimi atakların tipi və EEG göstəricilərinə əsasən müəyyənləşdirilir. Ilkin dərmanlarla tutmalar nəzarət altına alına bilməzsə yenisi əlavə oluna və başqası ilə əvəz oluna bilər. ən az iki il epileptik tutma olmazsa dərmanları dayandırmaq olar. Dərmanlarən dayandırılmasından sonra əsasən ilk ildə tutma baş verir. Bu təkrarlarda tutmanın tipi, dərmanların növü, nə zaman medikamentoz müalicənin başlanması, nə zaman dayandırılması,  uşağın nevroloji vəziyyəti, tutmaların sayı və s. təsirlidir. Dərmanlar tutmaların təkrarlanmasını əngəlləyir. Bəzən istifadə olunan tək bir dərman atakları nəzarət altına ala bilməyə bilər.  Uyğun müalicə ilə xəstələrin 70 – 80 %-də yaxşı nəticə əldə olunur, tutmalar aradan qalxır, 20 – 30 %-də isə dərmanlara rəğmən tutmalar davam edər. əgər heç bir dərman effektli nəticə vermirsə, epileptik toxuma əməliyyatla  çıxarıla biləcək bölgədədirsə onda cərrahi əməliyyat həyata keçirilə bilər. 

Epilepsiya tutması zamanı nə edək?
•  Sakit olun , övladınızın yanından ayrılmayın
•  Baş və bədənini yana çevirin
• Tutma zamanı yaralanmasını önləmək üçün ətrafındakı zərərli, kəsici alətləri, əşyaları uzaqlaşdırın. 
•  Paltarının, köynəyinin yaxasını genişlədin.
• Çənəsi kilidlənməyibsə ağzına bir əski parçası qoyun, dişləri dilini kəsirsə əski ilə ağzının kənarından axanları silin
•  Tutma zamanı nələr baş vediyini izləyin, sonra həkiminizə danışın
•  Tutmaların bitməsini gözləyin
•  Atak 5 – 10 dəqiqədən artıq davam edərsə və uşaqda yaralanma olsa həkimə aparın
Epileptik ataklar zamanı panikləşməyin. Uşağı möhkəm tutub, əl qolunu açmağa çalışmayın. Ağzından dərman verməyin, ürək masajı etməyin, üzərinə su tökməyin, özünə gəlsin deyə ona şillə vurmayın, soğan, sarımsaq qoxulatmayın.  Bu xəstəlik zamanı valideynlər dərmanların vaxtlı – vaxtında qəbul olunmasına fikir verin. Davamlı və düzgün içilən dərmanlar sayəsində illərlə tutmalar olmaya da bilər. Övladınıza epilepsiya haqqında məlumat verin, ona bunu izah edin, dəstək olun. Problemlə başa çıxma yollarını öyrədin, onu digər övladlarınızdan ayırmayın. Övladınızı həddən çox yorğunluqdan, aclıqdan, çox TV izləməkdən qoruyun. 

HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA  
 

ŞƏRH YAZIN