Uşaqlarda nevrozların xüsusiyyətləri

0
6603
Uşaqlarda nevrozların xüsusiyyətləri

Uşaq yaşlarında təsadüf edən nevrozun əmələ gəlməsinə və klinik xüsusiyyətlərinə təsir edən başlıca cəhət, tam inkişaf mərhələsinə çatmamış sinir sistemidir. Q. E. Suxareva (1974) qeyd etmişdirki, əgər uşaq kiçik yaşlarından qarşıya çıxa biləcək həyat çətinliklərinə qarşı hazırlanmayıbsa, yəni onun tərbiyəsi və fiziki hazırlığı olmayan uşaqlar asanlıqla nevroza tutulurlar.

 
Ən kiçik yaşlarda meydana çıxan nevroz əlamətləri bəzən müntəzəm ana qayğısının olmamamsı ilə bağlı meydana çıxır. Anasına öyrənmiş uşaq uzun müddət onu görmədikdə əhvalı dəyişir, yuxusu pozulur, göz yaşları içərisində anasını gözləyir. Bəzən isə əksinə, ana öz uşağına lazımi mehribanlıq göstərmir, onu tez-tez cəzalandırır. Hər iki halda ananın münasibəti uşağın psixikasına ciddi təsir edir və nevrotik halın inkişaf etməsinə səbəb olur.
 
Hər iki valideynin və ailənin digər üzvlərinin (baba, nənə, böyük bacı, qardaş) uşağa qeyri-bərabər, bəzən antoqonist münasibəti də nevrotik əlamətlərin formalaşmasına səbəb olur. Atanın qəddar və ciddiliyi, ananın isə mülayim və qayğıkeşliyi uşağın əsəb sisteminə olduqca mənfi təsir göstərir. Belə halda sinir sisteminin gərginləşməsi üçün şərait yaranır. Nevrozların əmələ gəlməsində ən qorxulu səbəblərdən biri də, uşağın ərköyün tərbiyə olunmasıdır.

Yaşam Koçu, Psixoloq - pedaqoq
Ruhiyyə Rüstəmova

ŞƏRH YAZIN