UŞAQLARI NECƏ TƏRİFLƏMƏLİ

0
1855
UŞAQLARI NECƏ TƏRİFLƏMƏLİ

Uşağı uğurla yerinə yetirdiyi tapşırıqdan sonra tərifləsək (“sən çox ağıllısan,afərin sənə” və s.) sonrakı tapşırıqları yerinə yetirdikdə çətinliklər hiss edəcək. 

Amerikalı psixoloq Kerol Dvek Nyu Yorkda 12 məktəbdə 400-ə yaxın şagird arasında keçirtdiyi tədqiqatın əsasında bu nəticəyə gəlib.
 
Tədqiqat zamanı məktəblilərə bilməcələrdən ibarət olan test keçməyi təklif etdilər. Testi keçən şagirdləri tərifləyirdilər. Bir qrup şagirdləri ağlına görə “ Sən bu işi yaxşı bacarırsan”, digər qrup şagirdləri isə göstərdikləri cəsarətə görə tərifləyirdilər. “ Sən çox çalışqanlıq göstərdin” 
 
Sonra şagirdlərə iki növbəti testdən birini seçməyi təklif etdilər. Birinci testin kifayət qədər çətin olduğunu, ikinci testin isə birinciyə oxşadığını dedilər. Nəticə olaraq cəsarətinə görə təriflənən uşaqlar çətin tapşırığı, ağlına görə təriflənən uşaqlar isə daha sadə tapşırıqları seçdilər.
 

ŞƏRH YAZIN