Həyatda nə etmək lazımdır?

0
5506
Həyatda nə etmək lazımdır?

 Məşhur cizgi film qəhrəmanı Homer Simpson "Həyatda nə etmək lazımdır?" başlıqlı siyahı tutub və baxın bura nələri əlavə edib.


— İki dedektiv tutmaq və bir-birini izlətdirmək.
 
— Müəllim olmaq. Bütün cavabları «B» olan test hazırlamaq. Sonra isə uşaqların reaksiyasına baxmaq.
 
— Maqazinə qaçmaq və qışqıraraq indi hansı il olduğunu soruşmaq. Cavab alınca, qaçmaq və «Alındı» deyə qışqırmaq.
 
— Tutuquşu almaq və ona «Kömək edin, məni tutuquşuya döndərdilər!» cümləsini öyrətmək.
 
— Tanımadığın adamlarla liftdə olarkən, onlara tərəf çönərək; «Yəqin sizi bura niyə yığdığım maraqlı olar» demək.

ŞƏRH YAZIN