Necə Zamanınızın Sahibi Olarsınız?

0
1959
Necə Zamanınızın Sahibi Olarsınız?

Siz zamanı idarə edirsiz, yoxsa zaman sizi idarə edir? Axşam olduğunda o gün etməniz lazım olan işləri edə bilmədiyinizi görüb özünüzə əsəbləşə bilirsinizmi? İşləriniz vaxtında bitmir, həmişə bir şeyləri yerinə yetirmək üçün qaçmaqdan yorulmusunuz?

Müvəffəqiyyətli insanların ortaq xüsusiyyətlərindən biri, zamanlarını çox yaxşı qiymətləndirmələridir . Lee İacocca, idarəçilik həyatını izah etdiyi kitabında belə söyləyirdi: çalışmaqdan tətil etməyə fürsət tapa bilmədiyini söyləyən idarəçiləri əsla başa düşə bilmirəm. Öz zamanını idarə edə bilməyən bir insan böyük bir şirkəti necə idarə edə bilər ki? .Öz zamanınızı idarə edən siz olmalısınız başqaları deyil.Öz zamanını idarə edə bilməyən insan müvəffəqiyyətli ola bilməz. Yaxşı bəs bunu necə edəcəyəm? - deyirsinizsə bu yazıda, rahatlıqla tətbiq edəbiləcəyiniz zaman idarə texnikalarını tapa biləcəksiz.1950-ci ildə İngilis professoru Nortchoke Parkinson, İngiltərə Dövlət dairələrində bir araşdırma apardı. Araşdırmasında, bürokratiyanın niyə ağır işlədiyi sualına cavab axtarırdı.Nəticə təəccübləndirici idi, bürokratiyanın yavaş işləməsinin səbəbi bürokratiyanın özü deyil, insan davranışı idi. Bu araşdırmanın nəticəsində ortaya çıxdı ki, insan, psixologiyası gərəyi, bir işi nə qədər uzun zamana yaya biləcəksə yayır, nə qədər gec bitirə biləcəksə o qədər gec bitirirdi. İnsanların zamanı səmərəsiz istifadə etmələri lazım olan işi son dəqiqəsinə qədər laqeyd yanaşmaq vərdişi 1950-ci illərdən bu yana heç dəyişmədi. Ona görə Parkinson Aktı adı verilən bu qayda indiki vaxtda hələ etibarlılığını qoruyur.Nəticə olaraq əgər siz şüurlu və qərarlı bir səy göstərə bilməsəniz, işiniz zaman içində gedə bildiyi yerə qədər uzanacaqdır. Ancaq narahat olmayın, şanslıyıq ki Parkinson Aktı, Newtonun Cazibə Qanunu kimi dəyişdirilə bilməz deyildir.İndi isə sizə yaxşı bir xəbər verəcəyəm; zaman elastiki! Təəccübləndiz elə deyilmi? Əslində zaman sizin şüurlu davranmanızla uzanıb qısala biləcək bir quruluşa malikdir.”Zaman dəyişməz”dediyinizi eşitmiş kimi oluram. Bəli, hamımıza bir gündə 24 saat, 1440 dəqiqə verilmişdir. Hamımız eyni şansa sahibik nə bir dəqiqə əksik nə də bir dəqiqə artıq.

GÖZƏL BİR QADININ YANINDA KEÇƏN 1 DƏQİQƏ 1 SAAT KİMİ ,

QIZĞIN BİR SOBA ÜZƏRİNDƏ KECƏNDƏ 1 DƏQİQƏ 1 SAAT KİMİDİR.

Einstein çox ağıllı bir yanaşma ilə, hamımızın anlaya biləcəyi bir şəkildə insan davranışlarıyla zamanın necə elastik ola biləcəyini göstərir.Sizə verilən zamanı uzatmaq istəyirsinizsə təşkil olunmalı və onu idarə etməyə başlamalısınız. Bunun üçün açar sözünüz üstünlükləri seçmək olacaq. Bu texnikanın ilk şərti, İngiliscə Time Log adı verilən, bizim dilə çevirdiyimizdə Zamanın seyr dəftəri deyəcəyimiz bir dəftər tutmağa başlamaq olacaq. Narahat olmayın bu elə tapılmaz bir şey deyil, kiçik boş bir dəftərdən bəhs edirəm. Onu sizin zamanınızın seyr dəftəri halına gətirəcək olan, sizin içinə yazdıqlarınız olacaq. Bunun üçün çox kiçik, hətta cibinizdə daşıya biləcəyiniz bir dəftər seçin. Bir həftə boyunca iş yerinizdə etdiyiniz hər şeyi bu dəftərə yazın. Hər bir telefon danışmasını; işlə əlaqədar xüsusimi danışdınız? Neçə dəqiqə sürdü.İclaslarınız, günorta yeməkləriniz, varsa siqaret fasilələriniz, iş yoldaşlarınızla etdiyiniz söhbətlər, günahsız dedi-qodular ... hətta sərt qələminizi çıxarsanız belə yazın. Təfərrüatlar çox əhəmiyyətlidir. Yazarkən sizi məşğul edən şey hər nə isə başlama və bitmə dəqiqələrini diqqətlə qeyd edin.Bir həftə sonunda seyr dəftərinizi araşdırın. Bu qədər sadə bir işdən çıxacaq nəticələr sizi çaşdıracaq. Əhəmiyyətli və məhsuldar işlər yerinə, əhəmiyyətsiz işlərlə necə boşa zaman xərclədiyinizi konkret bir şəkildə görəcəksiniz.Təsirli zaman rəhbərliyi üçün 3 adım hər nə qədər vaxtınızı nəzarət etmək nəzəri olaraq çətin olmasa da unutmamaq lazımdır ki, insanlar həyatlarını başqalarının arzu və üstünlüklərinə görə yaşamaq meylindədirlər. Telefon, başqalarının zamanımızı necə nəzarət etdiyinin qüsursuz bir nümunəsidir. Gələn bir telefona cavab vermək, o an ki bütün işlərimizi yox saymaq deməkdir.Bəzən düşünürəm, son illərin həyatımıza ən çox təsir edən icadlarından biri olan cib telefonları yaxşı mi pis mi deyə? Təcili vəziyyətlər üçün həqiqətən lazımlı bir görüş ancaq cib telefonları yerli yersiz çaldığında siz ona cavab vermək məcburiyyətindəsiniz. Üstəlik axtaran nömrə göründüyü üçün açmasam şüurlu olaraq qarşınızdakı adamı rədd etmiş olursunuz. Hesab edirəm ki, bu mövzuda hamımız bir az daha diqqətli davranmalıyıq.İş həyatınızda Telefon danışıqlarınızı düzəltmək üçün zamanınızı idarə etməyə qarşı addım atın. Telefon danışıqlarınız üçün müəyyən bir zaman hissəsi ayırın. Sizin ayırdığınız zaman dilimi xaricində telefonların işinizə maneə törətməsinə icazə verməyin. İndi özünüzə bu sualı verin; Həyatda ən çox tamamlamaq istədiyim şey nədir? -Hayatınızda Ən əhəmiyyətli gördüyünüz məqsədlərinizi təyin edin.Bu şəkildə üstünlüklərinizi də ortaya qoymuş olacaqsınız. Zamanın, məqsədlərinizə çatmaq üçün çalışmaqdan, daha yaxşı bir istifadə şəkli yoxdur. Zaman, sizin məqsəd və arzularınızı reallaşdırmaq üçün vardır.

BİR GÜNÜ BİTİRMƏDƏN  O GÜNƏ BAŞLAMAYIN! Bu cümlə bir tapmacaya bənzəyir elə deyil mi? Elə isə açıqlayaq, müvəffəqiyyətin açarı, bütün bir iş gününü bir gün əvvəl başınızda planlayıb bitirmiş olmanızda qorunub. Qısaca, sabahın planını bu gün edin. Bu planlaşdırma üçün sizə üç mərhələdən ibarət olan sadə amma təsirli bir texniki öyrədəcəyəm;

1-tamamlamaq istədiyiniz işlərin bir siyahısını tərtib edin.

2-bu siyahıda yer alan başlıqları, ən əhəmiyyətli olanından başlayaraq, əhəmiyyətsiz olan işəqədər sıralayın.

3-Birinci sıradakı işinizdən başlayaraq istədiyiniz şeyi etmək üçün nə lazımdırsa etməyə başlayın!

Sadə və təsirli bir üsul.Siyahınızda iştirak edən işləri bir gün içində bitirmək üçün təşvişə düşmüyün. Edə biləcəyiniz qədərini edin və axşam olub da siyahınızda tamamlayamadığınız işlər olduğunu gördüyünüzdə xəyal qırıqlığına qapılmayın. Burada əhəmiyyətli olan zamanınızı ən yaxşı şəkildə istifadə etmək üçün səy göstərməyə başlamış olmağınızdır. Siyahınızdakı işləri tamamlamaq üçün dəli kimi qaçmayın əsla. Sakit, fokuslanmış bir şəkildə ən məhsuldar nəticələri əmələ gətirər. İş yerinizdə, ətrafınızda arı kimi çalışan, sizdən daha məşğul görünən kəslər diqqətinizi dağıtmasın. unutmayın sizin etmək istədiyiniz məşgul görünmək deyil,məqsədli olmaq! Bu texniki nəticələrini bir neçə həftədə verməyə başlayacaqdır.Bu səbəblə ilk günlərdə ümidsizliyə qapılmayın. Özünüzü bu sistemə uyğun gəlməyə məcbur etsəniz bir neçə həftə sonra həyatınıza girəcək olan intizam sizi çox xoşbəxt edəcək. (Bu nöqtədə bunu bir pəhriz siyahısına bənzədirəm. İlk günlər çətindir ac qalarsınız amma tərəzidə əqrəb oynamaz. Bir neçə həftə sonra kilo verməyə başladığınızda eşidəcəyiniz həzz, xoşbəxtlik və özünə güvən bütün cəhdlərinizin qarşılığı olur.) Bu intizam nəticəsində zamanınız artacaq, etdiyiniz işin keyfiyyəti yüksələcək və ən əhəmiyyətlisi stresdən xilas olacaqsınız. Unutmayın Stres tərəqqinin ən böyük düşmənidir.Gününüzü planlamağı öyrəndikdən sonra daha da irəli gedərək həftələrinizi hətta aylarınızı planlaya biləcəksiniz.Bu planlamağı edərkən mütləq əməl lazım olan bir qayda bir qayda var. Planlarınız yazılı olsun. Hər hansı bir kağıza və ya ya başqa bir şeyə əhəmiyyətli deyil. Yalnız yazılı olsun yetər.Başınızda planlaşdırma etməyə çalışmayın. Yazın! Hamımız zaman xərcləmək deyimindən istifadə edərik. Halbuki zaman xərclənməyəcək qədər qiymətlidir. Bunun yerinə zamanı dəyərləndirmək deyimini istifadə etməyə başlayın.Öz üstünlüklərinizi arxa plana atmanız lazım olan vəziyyətlərdə xeyr deməyi öyrənin. Xeyr Sözünü istifadə etməkdə çəkinməyin. Xeyr Çox güclü bir sözdür və bu sözün gücünü istifadə etmək sizi də güclü və qərarlı edər. Xeyr Sözünün gücü ayrı bir məqalə mövzusu ola bilər. Əgər istəsəniz ... mənə xeyr deməyin əsla!

 
 
TƏRCÜMƏ ETDi: KAMİLLA BAYRAMLI

ŞƏRH YAZIN