Sənə Verilən Zamandan Düzgün Yararlana Bilirsən?

0
1614
Sənə Verilən Zamandan Düzgün Yararlana Bilirsən?

Sənə verilən zamandan nə dərəcədə yararlana bilirsən? Əgər bu haqda bir dəfə də olsun fikirləşməmisənsə, onda sənin cavabın müsbət olmaya bilər. Çox güman ki, sən özünü həddən artıq yorğun hiss edirsən və işlərini vaxtında yerinə yetirə bilmək üçün gec saatlara qədər işləmək məcburiyyətində qalırsan.Yaxud ola bilsin ki, günlər sənə bir böhranın digərini əvəz etməsi kimi görünür və bu təbii ki, stresli və məyusedicidir. Təbii ki, bütün bu hallar zamandan düzgün istifadə edə bilməmənin yaratdığı məyusluqdur. Buna səbəb olan isə gündəlik həyatımzda yol verdiyimiz səhvlərdir.   

Ediləcək işlər siyahısını tərtib etməkdə müvəffəqiyyətsizlik;   
Səndə elə bir bezdirici hiss olurmu ki, işinin ən mühüm bir hissəsini etmədiyini  düşünürsən? Əgər belədirsə, onda sən çox güman ki, onları daha yaddaqalan etmək üçün ediləcək işlər siyahısından istifadə etmirsən. Əgər edirsənsə, onda bunu daha effektiv edə bilməmisən.    

Əgər sənin gündəlik cədvəlində böyük layihələr varsa və sən diqqətli deyilsənsə, onda bu qeydlərin hamısı anlaşılmaz və nəticəsiz olacaq. Məsələn, sən qeyd etməlisən ki: “Büdcə təkliflərinə nəzər sal ”. Bəs bu nəyə yol açır? Burada layqeydlik təxirə salınmaya, yaxud çox mühüm bir  şansın qaçırılmasına səbəb ola bilər. Ona görə də, əmin olmağa çalış ki, böyük tapşırıqları və layihələri spesifik mərhələlərə ayıra bilirsən – onda sən vacib olan heç nəyi gözdən qaçırmayacaqsan.    
 
Diqqətin toplanmasında müvəffəqiyyətsizlik;   
Bilirsinizmi ki, bəzilərimiz günün 2 saatına qədərini diqqətimizi toplamaq üçün sərf edirik. Sadəcə düşünün ki, bu vaxtı geri alsaq, nələr əldə edə bilərik. Əgər bütün gününü və işini düzgün idarə etmək  istəyirsənsə, fikir dağınıqlığını azaltmaq  və fasilələri effektiv şəkildə dəyərləndirə bilmək sənin üçün çox mühümdür. Məsələn, fikrini toparlamaq lazım gələrsə,IM mesaj sistemini söndür və onların səni çox tez-tez narahat etdiklərini düşünməyə vadar et. Sən eyni zamanda, diqqətin yayınması halları ilə qarşılaşdıqda belə, fikrini toparlamağı  öyrənsən daha məqsədəuyğun olar.   

Təxirə salma;   
Təxirəsalma— hal hazırda edə biləcəyiniz və ya etməli olduğunuz işləri sonraya saxlamaq istəyidir. Təbii ki, bu istək çox zaman heç də ürəkaçan nəticələr vermir. Təxirəsalma zamanı əvvəlcə sən işə başlamadığın üçün özünü günahkar hiss etməyə başlayırsan, sonra isə bütün bu düşüncələr səni bezdirməyə başlayır. Nəticədə, həm dəyərli vaxtını, həm də əhvalını korlamış olursan.   

Fasiləsiz işləmə;   
Müəyyən edilmiş zaman daxilində 8-10 saat davamlı və istirahət etmədən işləmək,əslində qulağa xoş gəlir. Amma bu da inandırıcı deyil ki, beyinə az da olsa istirahət vermədən keyfiyyətli və ürəkaçan nəticə əldə etmək olar. 

Yox, əgər işinizə fasilə vermək sizin üçün çətindirsə, o zaman zəngli saatınızdan istifadə edin və az da olsa istirahət edin. Bunu qısa müddətli gəzintiyə çıxmaq, bir fincan çay və ya kofe içmək yaxud iş stolunda hərəkətsiz və heçnə düşünmədən oturmaqla da edə bilərsiniz. Hər 1 və ya 2 saatda 5 dəqiqə istirahət üçün vaxt ayırmaq,sizin həm yorulmadan işləmənizə, həm də işinizdən zövq almanıza yardımçı ola bilər.   

Əgər bütün bu səhvləri öz işinizdə nəzərə alıb düzəltməyə çalışsanız, qısa vaxt ərzində uğur qazanmaq sizin üçün reallığa çevrilər. Belə olduqda,daha xoşbəxt və qayğısız yaşamaq üçün yetəri qədər vaxt və imkan da əldə edərsiniz.
 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN