Vaxtın İdarə Edilməsi

0
11256
Vaxtın İdarə Edilməsi

Vaxtın idarə edilməsi üsulundan istifadə edən insanlar bütün həyat sahələrində-biznesdən tutmuş idmana,ictimai xidmətə qədər bütün sahələrdə böyük nailiyyət əldə edə bilirlər.Vaxtı düzgün idarə etməklə hətta yüksək stressli şəraitdə belə effektiv işləməyə nail olacaqsınız. Vaxtın idarə edilməsi məsələsinin əsasında diqqət mərkəzinin dəyişdirilməsi dayanır:
“Diqqətinizi məşğul olmağa deyil,nəticələrə yönəldin”.Əksər insanlar bütün günü bir çox işlə məşğul olurlar,lakin nəticə çox az olur,çünki diqqəti düzgün istiqamətə yönəldə bilmirlər.
80:20 qaydası
Pareto Prinsipi və ya “80:20 qaydası”na görə konkret hədəfi olmayan səylərin 80%-indən
sadəcə 20% nəticə əldə etmək mümkündür.Nəticənin yerdə qalan 80%-i isə sadəcə 20% səylə əldə edilir.Nisbət mütləq şəkildə 80:20 olmasa belə,bu cür kiçik miqyasda səylə böyük nəticələrin əldə edilməsi o qədər geniş yayılmış təcrübədir ki,artıq bir çox yerlərdə normal hal kimi qəbul edilir.Vaxtı yaxşı idarə etmək daha çox işləmək demək deyildir.Vaxtın idarə edilməsi üzrə məsləhət və bacarıqları tətbiq etməklə tapşırıqların öhdəsindən gəlmək üçün lazımi həcmdə enerji və diqqəti düzgün istiqamətə yönəldə biləcəksiniz.
Məqsədlərinizi müəyyən edin.
Vaxtın idarə edilməsi istiqamətində görəcəyiniz ilk iş özünüzə bəzi suallar verməkdir:“Kim olmaq istəyirsiniz,həyatdakı prioritetləriniz nədir,karyera və ya şəxsi həyatda nəyə nail olmaq istəyirsiniz və s.”Bu daha sonra vaxtınızı necə sərf etmək və onu necə idarə etməyə istiqamət verəcək ilk təlimat rolunu oynayır.Ümumi mənzərəni müəyyənləşdirdikdən sonra,qısamüddətli və uzunmüddətli məqsədlərinizi təyin edə bilərsiniz.Məqsədlərinin nə olduğunu bilmək daha sistemli plan qurmağa və bu məqsədlərə nail olmağa kömək edə biləcək işlərə diqqət yönəltməyə imkan verir.
Siyahı hazırlayın.
Vaxtın idarə edilməsi zamanı yol verilən əsas səhvlərdən biri bütün təfsilatları yadda saxlamağa çalışmaqdır bu informasiya artıqlığı yaradır.Sistemli işləməyə və nəzarəti ələ almağa imkan verən ən yaxşı vasitə görüləcək işlərin siyahısını hazırlamaqdır.Siyahı prioritetləri və onlara sərf ediləcək müddəti müəyyənləşdirməyə və nəzərdə saxlamağa imkan verir,beləcə təcili olmayan işlərinizi bir qədər təxirə sala bilərsiniz.
Vacib olan daha çox yox,daha ağılla işləməkdir...
Vaxtını yaxşı idarə etmək gördüyün işin kəmiyyətinə yox,keyfiyyətinə önəm verməkdir.Nəyəsə çox vaxt sərf etmək o demək deyil ki,daha çox iş görmüsünüz.Məsələn,iş vaxtı bitdikdən sonra əlavə bir saat da işləmək effektli bir üsul olmaya bilər.Bu zaman yorğunluq, aclıq, evə getmək istəyi və s.kimi amillər işinizin məhsuldarlığına təsir edir,nəticədə stressi daha da artırır.
Nahar fasiləsi etmək lazımdır.
Bir çox insanlar nahar fasiləsinə getmirlər ki,daha çox işləyə bilsinlər.Lakin iş masasından ən azı 30 dəqiqəlik müddətə ayrılmaq günün qalan hissəsində daha səmərəli işləməyinizə kömək edəcəkdir.Fasilə dincəlmək və işdən əlavə şeylər düşünə bilmək üçün fürsətdir.Həyətdə gəzişin, yüngül məşqlər edin.Bütün bunlar iş masanıza yenidən canlanmış halda,parlaq gözlər və aydın beyinlə qayıtmanıza imkan verəcəkdir.Mühüm işlər sırasında prioritetləri müəyyən edin Tapşırıqları aşağıdakı kateqoriyalara ayıra bilərsiniz:
-Təcili və vacibdir.
-Təcili deyil,amma vacibdir.
-Təcilidir,amma vacib deyil.
-Nə təcilidir,nə də vacib.
Məsələn,zəng gəlirsə,bu təcili görünə bilər,lakin ona cavab vermək mütləq şəkildə vacib deyil. Əlinizdə gördüyünüz işə davam etmək telefona cavab verərək diqqətinizi yayındırmaqdan daha vacib ola bilər.Psixoloqlar bildirirlər ki, vaxtını yaxşı idarə etməyi bacaran insanlar təcili olmayan lakin vacib işlərə ayırmağa vaxt tapırlar.Bununla da onlar işlərin daha sonra təcili vəziyyət almasının qarşısını ala bilirlər.Burada əsas məsələ təcili və vacib işlərin sayını azaltmaq bacarığı əldə etməkdən ibarətdir.Görüləcək çox sayda təcili işin üst-üstə yığılması insana sadəcə daha çox stress gətirə bilər.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN