Zamandan Düzgün Yararlan!

0
4076
Zamandan Düzgün Yararlan!

Sizə verilən zamanı düzgün dəyərləndirə bilirsinizmi? Məncə, çoxunuz yox. Boşuna keçən çox zamanınız, çatdıra bilmədiyiniz çox işlər var. Əgər zamanın su kimi axıb getməsini istəmirsinizsə, edəcəyiniz bəzi tədbirlərlə bunun qarşısını ala bilərsiniz.
1. Əvvəlcə əlinizə kağız-qələm alın və düşünməyə başlayın. Əvvəl həftə boyunca, daha sonra gün boyunca zamanınızı ən çox harada xərclədiyinizi anlamağa çalışın. Bütün həftə ərzində nə etdim? Günləri tək-tək düşünün, hansı gün nə etdiyiniz haqda fikirləşin. 
2. İşləyən və ya ev xanımı olmağınızın fərqi yoxdur, hər gün üçün etməli olduqlarınızın siyahısını hazırlayın. Hər axşam siyahınızın nə qədərini yerinə yetirdiyinizə nəzarət edin. Edə bilmədikləriniz haqqında düşünün. 
3. Hər günün sonunda sabahısı gün üçün yeni plan qurun. Bu gün edə bilmədiyiniz işinizi də əlavə edərək, yeni bir siyahı hazırlayın.
4. O gün üçün siyahınız uzundursa, kefinizə görə və vaciblik sırasına görə başlaya bilərsiniz. Bəzən az vaxt alan, əhəmiyyətsiz görünən işlər olur. Onları da işlərin arasına salıb aradan çıxarmaq yaxşı bir üsuldur.
5. Sosial medyada çox vaxt keçirməməyə çalışın.
6. Erkən yatın və erkən oyanın. Gecələr uzun müddət televiziya izləyərək, internet başında oturaraq səhəri açırsınız. Bu isə bütün bir günə təsir edir.
7. Gün içində bir-biriylə əlaqəli işləri birlikdə etməyə çalışın. Beləcə zaman qazanmış olarsınız.
8. Zamanınıza dəyər verin ki, başqaları da sizin zamanınıza dəyər versin.
9. Bəzi günlər insanın bütün kefi və enerjisi yerində olur. Elə vaxtlarda heç sevmədiyiniz və sizə çətin gələn işlərinizi tamamlamağa çalışın.
10. Hər hansı bir işə başlayarkən, gərəyindən çox zamanınızı almaması üçün müəyyən bir zaman təyin edin. Məsələn, «bu işi iki saat içində bitirəcəyəm». Və o iki saatda bitirin.
11. Gündəlik işləriniz üçün nə qədər zaman ayırdığınıza baxın. Daha aktiv və ardıcıl etmək üçün qısaldılmış zaman limitləri qoyun özünüzə. Beləcə daha ardıcıl çalışarsınız.
12. Hər gün axşam mümkün qədər gününüzü nəzərdən keçirin. «Nə etmək istəyirdim, nə qədərini etdim?» deyə sual verin özünüzə. Proqramınızın geridə qaldığı yerləri və geri qalma səbəblərinizi təsbit edin. Sabahısı gün üçün edəcəyiniz yeni siyahınızda bu günkü səhvləri etməməyə çalışın.

 


Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN