Zamandan Səmərəli Yararlanmaq Istəyirsənsə...

0
2699
Zamandan Səmərəli Yararlanmaq Istəyirsənsə...

Səhər oyanıb işə getmək, görülməli işləri görmək, nahar yeməyi, daha sonra kofe və ya çay, sosial şəbəkədə bir az zaman, sonra evə tələsmək, şam yeməyi, uşaqlar, ailə həyatının sevinci, sonra da yatmaq. Sabah da hər şey demək olar ki, eyni cür olacaq. Stabillik əldə olunub. Həyatımız alındı.
Bəzən sizə elə gəlir ki, həyat çox darıxdırıcıdır və ömrünüz hədər gedir? Niyə hələ də hovuza üzməyə getməmisiniz, italyan dilini öyrənməmisiniz? Axı çox istəyirdiniz. Firavan həyatınızı təmin edən, vacib və təxirəsalınmaz işlərlə məşğul idiniz. Əlbəttə, məntiqli izahınız var.
Məsələ burasındadır ki, arzularınızı həyat keçirərkən və şəxsi inkişaf üçün çalışan zaman həyatınızı hərtərəfli yaşadığınızı hiss edə bilərsiniz. Bəli, arzular və inkişaf bəzən çox vaxt tələb edir. Ancaq vaxtımız çox tez və geridönüşü olmadan gedir.
Arzularımıza həsr edə biləcəyimiz zamanı necə tapaq?
Birincisi "böhranlar"la vaxtında məşğul olun. "Bəlkə" nadir hallarda köməyinizə gələ bilər, əsasən sizi daha çox çıxılmaz vəziyyətlərə salır. Hansı ki, çıxış yolu daha çox güc və enerji tələb edir.
İkincisi "asılılıq"dan azad olun. Mənasız olaraq internetdə bir nöqtəyə diqqətinizi cəmləməyi və tez-tez çay içməyə getməyi yığışdırın. Nə üçün aktiv zamanınızın təxminən 15%-ni (təqribən 2.5 saat) boş-boşuna sərf edirsiniz? Beləliklə, sizi tərifləmələri və sonra layiqli istirahət və s. bu kimi nəticələrə nail olmaq üçün göstərdiyiniz mükəməlliyi və fasiləsiz işləmək istəyini sabote etmiş olacaqsınız. Çünki açıq-aşkar özünüzə fasilə imkanı yaratmağa vicdanınız imkan verməyəcək. Beləliklə, orqanizminiz yorulur. Nəticə isə nəzarətsiz vaxt itkisi, yorğunluq, diqqəti cəmləyə bilməmək və günahkarlıq hissi.
"Asılılıq"dan azad olmağın ən sadə yolu gün ərzində keyfiyyətli istirahət planlaşdırmaq və bunu mühüm, təcili plan olaraq yerinə yetirməkdir.
Üçüncüsü təcili işlərə az yayının. Onların  vacibliyi, faktiki olaraq, yalnız ətrafdakıların emossional təzyiqindən ibarətdir. Bunun üçün sizə "münasibətlərinizin auditi"ni aparmaq lazım gələcək.  Sizin üçün vacib olmayan, yaxud dağıdıcı olan münasibətləri pozun, sizi ilhamlandıran və dəstəkləyənləri isə fəal surətdə qurmağa başlayın. Beləliklə, siz daha 20-30% aktiv zamanınızı azad etmiş olacaqsınız.
Dördüncüsü öz arzu və inkişaf planınızın aktuallığını sınaqdan keçirin:
Arzularınız/planlarınız hansı tələblərə cavab verir?
Onları həyata keçirməyin daha maraqlı üsulları varmı?
Beşincisi əgər sınaqdan keçdinizsə, öz fəaliyyətinizi planlaşdırın. Çünki məsələnin böyüklüyündən çəkinərək, ona hansı tərəfdən yanaşmağı bilməməkdənsə, sizi hədəfinizə bir addım daha yaxınlaşdıracaq sadə və icrası mümkün işi görmək daha asandır.
Nəhayət, sonuncu, gündəlik olaraq öz inkişafınız və yaxud arzularınızı həyata keçirmək üçün nə zaman və hansı vaxt intervalını həsr edəcəyənizi müəyyən edin. Müəyyən olunmuş vaxtı dəyişməməyə və həmin vaxta başqa heç nə planlaşdırmamağa çalışın. Çünki bu həyatınızda ən vacib münasibətə - ozünüzlə münasibətə həsr olunub.

 


Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN