Zamanınızı Siz İdarə Edin

0
1652
Zamanınızı Siz İdarə Edin

Ofisdə yığılıb qalan bir ton iş, cavablandırılması gərəkən e-maillər, işlənməsi gərəkən sənədlər, evdə də bizi gözləyən otaqlar, səliqəsizlik, çirkli qablar, paltarlar... İşə hardan başlayasan bilmirsən. Elə deyilmi?

"Zaman Rəhbərliyi" mövzusunda əskikləri olduğunu düşünənlərdənsinizsə, yazar Michael Heppellin son kitabında bəhs etdiyi fikirlər tam sizə görədir.Xüsusilə də, ofisdə işə yarayacaq bir üsuldur. 

Əlinizdəki işi təslim edəcəyiniz tarixi müdriniz daxil olmaq üzrə əlaqədar hər kəsə anons edin. Beləcə, siz də proyektinizi o tarixə qədər bitirəcəyinizi bilər və başqa işlərinizin planını etməyə başlarsınız.

Prioritet əhəmiyyətli işləri daha öncə görün.
Yanında "təcili" işarəsi də olsa e-poçtlarınızı oxumadan əvvəl əhəmiyyətli olduğunu düşündüyünüz işləri bitirməyə çalışın.

Bir işi yarıladığınızda özünüzə mükafat kimi və 10 dəqiqə ictimai xəbərləri paylaşan saytlarda gəzişin. Ya da bir işi bitirib digərinə keçmədən əvvəl mütləq bir qəhvə fasiləsi verib, sevdiyiniz jurnalları qarışdırın.

Həftəsonu planlarını əvvəldən edin.
Çox sıx bir həftənin ortasındaykən həftə sonu planınızı edin. Bəziləri planlı keçirilən zamanların darıxdırıcı olduğunu düşünsə də, boş vaxtlarda edilən planlar çox vaxt keyfiyyətli zaman keçirilməsini təmin edər.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN