Zamanınızın Düzgün Idarəsi Üçün ...

0
3196
Zamanınızın Düzgün Idarəsi Üçün ...

1. Stiv Teylortun  qanunu: Sizin hərəkətlər ardıcıllığınız effektivliyə ciddi təsir göstərir.
Əgər hansısa bir anda xüsusi güc axını, gümrahlıq və yaratmaq həvəsi hiss edirsinizsə, həmin anda rutin işlə məşğul olmaq lazım deyil. Dərhal iri proyektlərinizə keçid alın, qurun, yaradın və zövq alın!
Və əksinə, enerjinizin tükənmək üzrə olduğunu görəndə, onda təkrarlanan, texniki və elə də cəlb edici olmayan işlə məşğul olun, sənədləri toplayın, internetdə axtarış edin və ya digər monoton işləri icra edin.
2. Stuaqnasiya qanunu: Müəyyən nəticələri aldıqda, effektivliyin artımı aşağı düşür.
Sən hər hansı bir hədəfə doğru can atanda, ilkin mərhələlərdə səndə nələrsə alınmağa başlayır. Əsas odur ki, uğurlara görə boşalmayasan. Əgər dayanıb, dincəlmək qərarı versəniz, dərhal məhsuldarlığınız aşağı düşəcək. Əvvəlki nəticələrə qayıtmaq olduqca çətin olacaq. Ona görə də son anı gözləməyə dəyməz, yaxşı olar ki, addım-addım nəticəyə doğru gedəsiniz. Belə halda  sizdə məhsuldarlıq və motivasiyada böyük eniş yaşanmayacaq.
3.  Henri qanunu: Hər bir insanın xüsusi meyli, istedadı, xüsusiyyəti var ki, məhz o işlə məşğul olmaq ona xüsusi zövq verir.
Əgər sən bütünlüklə bu qanuna əməl edirsənsə, onda sən “İşləyirsən?” sualına belə cavab verməlisən: “Mən işləmirəm, sadəcə sevdiyim bir işlə məşğulam” – onda bu hadisələrin ən yaxşı inkişaf gedişini təmin edər. Əksər hallarda insanlar sevdikləri deyil, əksinə nifrət etdikləri bir işlə məşğul olurlar. Onlar işə yalnız əmək haqqıdan ötrü gedirlər, ona görə sevdikləri işdən pul qazanmaq imkanlarını görmürlər.
Təbiidir ki, belə insanlarda faydalı iş əmsalı yüksək olmur və vaxt onlardan yan keçir.  Amma eyni zamanda həyatda elə situasiyalar olur ki, sadəcə mütləq nəsə etməlisən, hətta bu xoşuna gəlməsə belə. Əgər olduğun yol səni öz arzuna doğru aparırsa buna dəyər.
4. Səmimi maraq qanunu: Sənin müəyyən işə və ya məşğuliyyətə marağın nə qədər böyük olarsa, zaman bir o qədər sürətli keçir. Əgər həqiqətən iş səni çox cəlb edibsə, onda vaxt hiss edilmədən keçir. Burda ən vacibi bir şeyi unutmamaqdır: Hətta iş sənin üçün həqiqətən maraqlı olsa belə, heç zaman ifrata varmaq lazım deyil. Həmişə yadda saxla: sən hara gedirsən, sənin həm də ailən, öz işlərin, sağlamlığın, dostların, münasibətlərin və ən nəhayət, yatmalı olduğun yuxu da var.
5. Parkinson qanunu: Hər bir iş məhz sizin o iş üçün nəzərdə tutduğunuz qədər vaxt alır.
Məsələn, əgər sən məqaləni bir günə yazmaq qərarı vermisənsə, onda onu yazmaq elə sənin bir gününü alacaq. Sən bir iş üçün də bir gün ayıra bilərsən və ya bir günə 10 işdə görə bilərsən, Sadəcə hər bir iş üçün qəti vaxt sərhədləri qoymaq lazımdır. Hər bir işi görəcəyin vaxtı dəqiq planlaşdırmaq lazımdır.
Müasir dildə buna “deadline” deyilir. Hər bir iş üçün “deadline” qoymaq lazımdır. Zaman məhdudiyyətlərindən istifadə etməyə başlayan kimi sənin faydalı iş əmsalın ən azı iki dəfə yüksəlir. Bu isə o deməkdir ki, görülmüş işlərin və zamanın həcmi iki dəfə artır.
6. Pareto qanunu: Sizin fəaliyyətinizin 20%-i uğurunuzun 80%-ni təmin edir.
Qalan 80% zaman ərzində gördüyün işlər, yalnız 20% nəticə verir. Əksər insanların gördüyü bu 80% iş demək olar ki, onların ömrünün ən aktiv zamanını hədər etmələrinə səbəb olur.

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN