1 Aprelin Tarixi

0
1783
1 Aprelin Tarixi

1 Aprel bir çox ölkədə, eləcə də Azərbaycanda həm “Aldatma günü”, həm də “Gülüş günü” kimi qeyd olunur.

Ən əsas gözəlliyi isə ondadır ki, dünyanın ən ciddi insanı belə aprelin 1-i  ona edilən zarafatı xoş qarşılayır. 1 Aprelin tarixçəsi ilə əlaqəli 2 real hekayə var. Bunların hər ikisi ilə sizi tanış edirik.
 
I hekayə. Bu hekayə dünyada daha çox tanınır. Belə ki, aprelin 1-də zarafat ənənəsi 500 il bundan əvvəl Fransada başlanıb. Fransa Kralı IX Çarlz 1564-cü ildə yeni ilin aprelin 1-dən qeyd ediləcəyini elan edir. Bu tarixdə insanlar bir-birlərinə sürpriz hədiyyələr verir, doğru olmayan xəbərlər söyləyirdilər. Və o gündən köhnə adətləri yox etmək məqsədilə 1 apreldə bayram keçirənləri “1 aprel səfehləri” adlandırmağa və ələ salmağa başlayırlar. Fransadan sonra bu ənənə tezliklə digər ölkələrə keçir. Üstündən uzun müddət keçməsinə baxmayaraq Beynəlxalq Gülüş Günü hələ də öz aktuallığını davam etdirir.
 
II hekayə. XV əsrin sonlarında Xaçlı ordusu müsəlmanların son qalasını əhatə edir. Uzun müddət əhatədə qalmasına baxmayaraq, qalanı tam ələ keçirmək mümkün olmurdu. Vəziyyətin çətinliyini anlayan Xaçlı ordusunun komandiri dəyişik taktikalar düşünürdü. Sonda belə bir nəticəyə gəldi, 31 Mart gecəsi qalanın önünə gedərək bir əlində Quran, bir əlində İncil tutaraq  'Bu iki kitab üzərinə and içərəm ki, təslim olsanız bu axşam sizə bir şey etməyəcəyəm'  dedi. Bu fikrə əsasən, müsəlmanlar sağ qalmaq məqsədiylə qalanı təslim etdilər. Sabahsı, yəni 1 Aprel günü Xaçlı ordusunun komandiri  müsəlmanların öldürülməsi əmrini verir. Bunun qarşılığında müsəlmanlar  "And içmişdiniz, bizə söz vermişdiniz" dedikdə, Xaçlı ordusu komandiri belə bir cavab verir: 'Mənim sözüm sizə dünən axşam üçün idi, bu gün üçün sizə bir sözüm yoxdur' deyə cavab verir və bütün müsəlmanları öldürtdürür. Elə o gündən 1 aprelə  "Hiylə Günü"  adı verilir.
 
Korrektə etdi: Hürü Mustafayeva
 
 

 

ŞƏRH YAZIN