Motivasiya Edici Və Ruhlandırıcı Sitatlar

0
21976
Motivasiya Edici Və Ruhlandırıcı Sitatlar

Kainatda yalnız bir şey üzərində tam nəzarət etmək hüququnuz var – düşüncələriniz. 

Hər hansı bir  vəziyyətdə  nə düşünəcəyinizə yalnız özünüz  qərar verə bilərsiz. Düşüncələriniz  və duyğularınız  sizin davranışlarınızı  müəyyən edir və  bu da əldə etdiyiniz nəticələrə təsir edir.   Hər şey sizin düşüncələrinizdən başlayır. Ruhlandırıcı sözlər sizin fikirlərinizin tez bir zamanda dəyişməsinə, enerjinizin qalxmasına və əhvalınızın yaxşılaşmasına səbəb ola bilər.  
Müsbət düşünmək  və qarşınıza yeni məqsədlər qoymaq  üçün  aşağıdakı  motivasiya edici sitatları təqdim edirik :
 
1)“Başlamanın ən yaxşı yolu danışmağı buraxıb, başlamaqdır ” - Walt Disney 
2) “Pessimist insan hər bir imkanda çətinliklər  görür, optimist insan isə hər bir çətinlikdə imkanları .” - Winston Churchill
3) “Müvəffəqiyyətdən daha çox uğursuzluqlarından öyrən. Bunu dayandırma. Uğursuzluq xarakter  yaradır. ” - Naməlum
4) Dilinizdəki “ itirmək ” sözünü “ öyrənmək ” sözü ilə əvəz etsəniz, uğursuzluğa düçar olma  düşüncəsi  azalar və sizin müvəffəqiyyətli olmanıza fokuslanmanıza imkan verər.   
5) “Məsələ yerə yıxılmağın deyil, məsələ yerdən qalxıb qalxmamağındır ” – Vince Lombardi
6) “Həqiqətən maraqlandığınız bir şey üzərində işləsəniz, məcburiyyətə ehtiyac yoxdur. Arzularınız  sizi aparacaq.” - Steve Jobs
7) “Dünyanı dəyişdirəcəklərini iddia edəcək qədər çılğın olanlar, dünyanı dəyişdirənlərdən biridir.”- Rob Siltanen
8) “Uğurlu olma qərarın kifayət qədər güclü olarsa, uğursuzluq sənə üstün gələ bilməz.” - Og Mandino
10) “Bir çox uğursuzluqlarla qarşılaşmış olsaq da,  məğlub olmamalıyıq.” - Maya Angelou
11) “Bilmək kifayət deyil,bildiklərimizi tətbiq etməliyik.Arzulamaq kifayət deyil,arzularımızı həyata keçirməliyik.”Wolfgang Goethe
12) “ Hiss edərək inandığınız hər şey, sizin həqiqətinizə çevrilir ” - Brian Tracy
13) “Oturarkən  belə qorxular yaradırıq, hərəkətə keçməklə qorxularımıza üstün  gələrik ” - Dr. Henry Link
15) “Edə biləcəyinə inansan da,  inanmasan da həmişə haqlısan” - Henry Ford
16) “ Bacarıqsızlıq sadəcə bu dəfə daha ağıllı  təkrar başlama fürsətidir” -- Henry Ford
13) Doğru yolda olsanız belə, əgər otursanız, sizi əzib keçərlər.
 
Tərcümə etdi : Aytən İslamzadə

ŞƏRH YAZIN