Neyro Linqvistik Yaddaş Texnikaları Və Sürətli Öyrənmə

0
17265
Neyro Linqvistik Yaddaş Texnikaları Və Sürətli Öyrənmə

Elm və texnologiyanın sürətlə inkişaf etdiyi bir əsrdə yaşayırıq. Hər nə qədər sürətlə öyrənməyə çalışsaq belə, beynimizi effektiv öyrənmə üçün hazırlamadan, yəni, beynimizdəki o möhtəşəm potensialı kəşf etmədən, elmlə ayaqlaşa bilmərik. 

Siz də qısa vaxt ərzində çoxlu bilik əldə etmək, öyrəndiklərinizi unutmamaq istəyənlərdənsinizsə, həyatınızın və elmin istənilən sahəsində tətbiq edə biləcəyiniz, effektiv öyrənməni təmin edən “Neyro Linqvistik Yaddaş Texnikaları”təlimini məhz sizin üçün hazırlamışıq.
Hər birimiz bilirik ki, öyrənmənin dəyərli olması və məna qazanması üçün, öyrənilən məlumatların yadda saxlanması çox vacibdir. Öyrənilmiş informasiyaların yadda saxlanmadığı halda heç bir mənası yoxdur. 
 
Öyrənmək qədər sürətli və qalıcı öyrənmək də çox önəmlidir. 
Sürətli öyrənmək, əldə olunan informasiyanı birdəfəlik qalıcı olaraq yadda saxlamaqdır. 
 
Bu təlim sayəsində siz, sahib olduğunuz möhtəşəm beyin gücünüzü kəşf edəcək, bununla kifayətlənməyib, zehni potensialınızı necə istifadə edəcəyinizi öyrənəcəksiniz. 
 
“Neyro Linqvistik Yaddaş Texnikaları (NLYT)“ təlim proqramının məqsədi, öyrənməni ən tez və ən effektiv şəkildə təmin etməklə, insanın sahəb olduğu, dünyanın ən mükəmməl bioloji varlığı olan beyni maksimum dərəcədə inkişaf etdirmək və istifadə etməyi öyrətmək, yəni “Öyrənməyi öyrətməkdir.”
 
TƏLİMƏ NƏLƏR DAXİLDİR?
- Beynin funksiyaları və öyrənmə
- Sürətli öyrənmənin əsasları
- Zehin potensialını kəşf etmək və yaddaşın 3 əsas qaydası
- Yaddaş Texnikaları
- Dünyaca məşhur “Beyin xəritələri®” (Mind map)
- Yaddaş mismarları®
- Zehni gücü, daxili potensialı kəşf etmə və maksimum səviyyədə istifadə
- Motivasiya və Fərdi İnkişaf
- Konsentrasiyanın gücləndirilməsi
- Yaddaş Texnikaları ilə 
 
YARADICI DÜŞÜNMƏ VƏ XƏYAL GÜCÜNÜZÜ GÜCLƏNDİRƏCƏKSİNİZ
 
- Beynin sağ yarımkürəsinin inkişafını təmin edən təlim proqramımız ilə, insan beyninin hər iki yarımkürəsinin necə əlaqəli olduğunun fərqinə varacaqsınız.
- Qeyri-adi və möhtəşəm beyin özəlliklərini özündə birləşdirməklə, necə inanılmaz işlər görəcəyinizi, həmçinin yaradıcı düşünmə qabiliyyətinizi sərbəst buraxacağınızı  öyrənəcəksiniz.
- Öyrəndikləriniz sayəsində, məsələləri ən tez və ən yaradıcı üsullarla həll edə bilməyi kəşf edəcəksiniz.
 
YADDAŞINIZI ƏN AZI ÜÇ DƏFƏ ARTIRACAQSINIZ
 
- Xəyal gücünüzün beyninizə necə təsir etdiyini görəcəksiniz.
- Effektiv öyrənmə ilə xəyal gücü arasındaki əlaqənin fərqinə varacaqsınız
- Yaddaşın növlərini, işləmə prinsiplərini öyrənəcəksiniz.
- Yaddaş Texnikalarından istifadə etməklə beyin gücünüzün, yaradıcı düşünmənin və özgüvəninizin necə artdığının şahidi olacaqsınız.
 
OXUYUB ÖYRƏNDİKLƏRİNİZİ , GÖRDÜKLƏRİNİZİ VƏ EŞİTDİYİNİZ BÜTÜN İNFORMASİYALARI YADDA SAXLAYACAQSINIZ
 
- Oxuduğunuz, gördüyünüz və eşitdiyiniz informasiyaları unutmadan yadda saxlamağı öyrənəcəksiniz.
- Lazım olduqda yadda saxladığınız bilgiləri necə xatırlayacağınızı öyrənəcəksiniz. 
- Öyrənmə, Yaddaş və Beyin arasındakı heyrətamiz əlaqəni kəşf edəcəksiniz.
- Effektiv dərs oxumanın sirlərini və qaydalarını öyrənəcəksiniz.
- Sürətli öyrənmə, Effektiv Öyrənmə və Yaddaş Texnikalarının gücünü kəşf edəcəksiniz.
 
YADDAŞ TEXNİKALARI İLƏ XARİCİ DİL ÖYRƏNMƏNİN QAYDALARI BU TƏLİMDƏ!
 
- Xarici dilləri çox asan, qalıcı və tez bir zaman ərzində öyrənə biləcəksiniz.
- Yaddaş Texnikaları ilə xarici dildə olan sözləri öyrənərkən, öyrəndiyiniz sözlər üçün ikinci dəfə lüğətə baxmağa ehtiyacınız olmayacaq.
- İstənilən xarici dili öyrənmək, sizin üçün çox asan olacaq.
 
AUDİTORİYA QARŞISINDA DANIŞACAQLARINIZI ASANLIQLA XATIRLAYACAQSINIZ
 
- “Neyro Linqvistik Yaddaş Texnikaları®” ilə effektiv qeyd tutmanın qaydalarını öyrənəcəksiniz.
- Yaddaşınızı inkişaf etdirməklə, əvvəlcədən danışacaqlarınızı öyrənib, auditoriya qarşısında kağıza baxmadan asanlıqla danışa biləcəksiniz.
- Konsentrasiyanı gücləndirmənin sirlərini kəşf edəcəksiniz!
 
ƏTRAFINIZDAKI  İNSANLARI  HEYRƏTLƏNDİRƏCƏKSİNİZ
 
- Beyin gücünüzü və yaddaşınızın potensialını ətrafınızdakılara nümayiş etdirməklə onları çox heyrətləndirəcəksiniz.
- Telefon nömrələrini sadəcə bir dəfə eşitməklə qalıcı olaraq yadda saxlaya biləcəksiniz.
- Yüzlərlə, hətta minlərlə informasiyanı ilk dəfədən tez bir zamanda yadda saxlaya biləcəksiniz.
- Sahib olacağınız bu inanılmaz beyin gücü ilə, getdiyiniz istənilən məkanda (Məktəbdə, universitetdə, işdə, evdə və s.) fərq yaradacaqsınız.
 
Təlim sonunda əldə edəcəyiniz nəticə sayəsində tamamilə “Super Beyin” olacaqsınız. Öyrənməli olduğunuz məlumatları daha az zaman ərzində öyrənəcək, beləliklə qalan işlərinizə də zaman ayıra biləcəksiniz.
 
 
Təlimçi:
Babək Bayramov
NLP Master Trainer
Master Certified Coach
 
 
Təlim müddəti 30 saat yəni 10 dərs
 
Təlim materialları və breyk servis təmin olunur.
 
Təlimi bitirənlərə sertifikat verilir və konsentrasiya musiqisi seti (4 disk) hədiyyə olunur.
 
Qeydiyat və məlumat üçün :
(012) 409-25-82
(055) 342-30-43 (WhatsApp)
(055) 334-45-92
 
Ünvan:
Bakı şəhəri , Səbail rayonu, İçərişəhər Böyük Qala 22
 

ŞƏRH YAZIN