Bu Nə Yalandir Nə Də Doğru

0
4887
Bu Nə Yalandir  Nə Də Doğru

Yalan danışmaq – günahdır , doğru söyləmək – ayıbdır. Eyni zamanda həm yersiz , həm də təhlükəlidir. «Yalan danışmaq və yalan danışmamaq» dileması arasında qalan insan belə qərara gəlir ki , bir dəfə yalan danışana inanmazlar , inandırmaq ücün ən azı iki dəfə aldatmaq lazımdır . Hər bir uşaq hansı ki , ilk sözü deməyi öyrənir , elə oradaca da valideyinlərini aldatmağa çalışır. Həzin bir səslə ana «yat mənim əziz balam» deyərək uşağı yatağına qoyur. Bu vaxt kim yatar ? Uşaq başını qaldırıb, qarşoka tərəf əyilərək sevinclə « Pi…pi , pi …pi…» deyir. Tez tələsiy onu qarşoka qoyurlar . Beş -on dəqiqə vaxt udan uşağı yenidən yatağına qoyurlar. Ara sakitləşəndən bir az sonra , uşaq yenə də başını qaldırıb qarşoka tərəf əyilərək «Ə…ə , ə…ə,» deyir.  Bu əvəzedilməz fırıldağı hər bir uşaq öz həyatında istifadə edir. Hətta bu o qədər uğurlu olur ki , üç -dörd yaşına qədər, ta yataq dəstini «batırmaq» ayıb olana qədər ondan yararlanır .Uşaqlıq yalanları təbii bir haldır. Lakin bu uşaqlıq halı böyüklərin ruhunda qalır. Sonralar onlar da uşaqlar  kimi əliaçiq , sadəlövh, səmimi, şişirtməyə meyilli olmaqla bərabər uşaqlardan da az aldatmırlar. Amma düşünmədən , ağına bozuna baxmadan aldatmaq iyrəncilik sayılır. İnsanın yalanını tutmaq , onu oğurluqda tutmaq kimi şiddətli nifrət yarada bilər . Ona görə də qeyri adi bir yolla aldatmaq daha məqbul sayılır. Ucuz başa gəlmiş zərif makiyaj kimi . 

 
BU YALAN DEYİLDİ , AMMA DOĞRU DA DEYİLDİ . HEKAYƏ.
Balaca qizcığazı valideyinləri yatağina qoydular.                                                                                                        
-Mən , qarşoka istəyirəm – qızcığas dedi.
Bu , yalan deyildi , amma , doğru da deyildi. 
Qız böyüdü. Bir gün uşaq baxçasında keçirilən tədbirdə  mahnı oxuyası oldu. 
-Sən , hamıdan yaxşı oxudun , - valideyinləri onun başını sığalladılar. 
Bu, yalan deyildi, amma, doğru da deyildi.
Bir gün məktəbdə imtahandan üç qiymət aldı.
-Mən, yaxşı öyrənmişdim , amma mənə pis bilet düşdü- deyə özünə bəraət qazandırdı.
Bu ,  yalan  deyildi, amma , doğru da deyildi. 
Qız böyüdü . Ərə getmək vaxtı çatanda , o namizədlər arasından ən imkanlısını seçdi .
-O, hamıdan çox xoşuma gəlir- deyə qız inad etdi .
-Bu, yalan deyildi, amma , doğru da deyildi.
O , bu ailə həyatından çox şey gözləməsinə baxmayaraq , onun həyatı başqalarından fərqlənməyən adi bir həyat oldu. 
-Mən , bədbəxtəm – deyə o qərar verdi. 
Bu da yalan deyildi , amma, doğru da deyildi.
Bir müddəttdən sonra onda müəyyən ağrılar baş qaldırdı. 
- Mən , xəstəyəm- deyə zarıdı.
Bu da yalan deyildi , amma , doğru da deyildi.
Qız qocaldı və dünyasını dəyişdi. O dunyada onu  mələklər qarşıladılar. 
-Xoş gəlmişsən.  Səni görməyimizə şadıq ! Sən burada əbədi xöşbəxtlik tapacaqsan. 
Bu da yalan deyildi , amma , doğru da deyildi.
 
Hər bir zarafatda , zarafat payı da var.  Məntiqlidir. Onda  hər bir doğruda , doğru payı da var. 
Yaxşı ki, biz başqalarının fikrini oxuya bilmirik . Əgər biz bunu bacarsaydıq , insanlığa baxıb çox məyus olardıq. Onların doğru olan fikirləri  bizə əziyyət verərdi. Amma , insanlar yalan deyirlərsə demək hər şey qaydasındadır. Biz , aldadılmağı sevirik . Özümüzdə başqalarını elə tanışlığın ilk günündə « Sənı görməyımə çox şadam» deməklə aldadırıq. Bu dünyada ən çox yayılmış yalandır. Tək – tək adamlar təmiz doğrü danışanlara qulaq asarlar . Elə bir roman, elə bir povest, elə bir pyes , kinofilm , tamaşa yoxdur ki,onun məzmunu mütləq düz olsun. Bu , ona görədir ki insanları doğru olan heç nə cəlb etmir. 
Fantaziyalar nə qədər yüksək olarsa , doğru olmayanlar bir o qədər gerçək olar. Doğru olanlar nə qədər az olarsa , bir o qədər də yalançıların məhşurlaşma şansı artar. İş o yerə çatıb ki , doğru danışanlarda yalan uydurmaq haqqinda düşünürlər.  Əgər , rəisin verdiyi tapşırıq haqqında nə düşündüyünüszü ona desəniz , artıq o sizin rəisiniz deyil. Daha doğrusu , o rəisdir siz onun işçisi deyilsiniz. Rəfiqənizin yeni saç düzümü haqqinda həqiqətən nə düşündüyünüzü ona desəniz , artıq  siz onun rəfiqəsi deyilsiniz. İnsanları «yalan» detektorunda yoxladıqları kimi «doğru» detektorunda yoxlasaydılar yaxşı olardı.  Onu da qeyd edək ki , insanlar nə yalana , nə də doğruya inanırlar . Onlar doğruya yaxın olana inanırlar. 
Bütün bunlara baxmayaraq , nə qədər ağır olsa da , doğrudan yüngül heç nə yoxdur. Doğru oksigenlə doydurulmuş hava kimi təmizdir. Lakin , belə hava ilə qəlbi təmiz olanlar nəfəs ala bilərlər. 
 
Məmməd Məmmədov 
NLP  Master
 

ŞƏRH YAZIN