Həyatın mənası

0
61779
Həyatın mənası

Bir adam: “Həyatın mənası nədir görəsən?” - deyə, elə hey düşünərmiş. Bir gün qərar verir ki, nə qədər uzaq məsafə qət etsə də bu sualının cavabını tapmalıdır...

Çox kəndlər, şəhərlər gəzir. Bir kənddə ona deyirlər ki, qarşıdakı dağın arxasında bir müdrik qoca yaşayır. Sənin sualına cavab versə-versə, o verə bilər. Adam yolu əlinə alıb qocanın yanına yollanır.

Sualını ona verir. Müdrik adam deyir: “Bir şərtim var, əgər sən bunun öhtəsindən gəlsən mən sənin sualına cavab verərəm”. Müdrik bir qaşığın içinə zeytun yağı töküb: “Bununla o bağda gəz, amma elə et ki, sən qayıdanda qaşıqdakı yağdan bir damla da azalmasın.

Adam gedib bağı gəzib gələr və qaşıqda zeytun yağı olduğu kimi qalar. Müdrik deyər: “Bağ xoşuna gəldimi?” Adam deyər: “Qaşığa elə diqqətlə baxırdım ki, bağa baxa bilmədim.

Müdrik gülüb deyər ki, indi yenə qaşıqla bağı gəz, amma elə elə ki, bağı görə biləsən. Adam bağa baxır valeh olur. Lakin qayıdanda qaşıq tam boş olar. Qoca deyər: “Bax həyat da belədir. Həyat sənin baxışında məna qazanar. Ya sadəcə bir nöqtəyə baxarsan həyat axıb gedər, sən fərqinə varmarsan, ya da görə biləcəyin gözəlliklərin ortasında həyatı yaşayarsan, axıb gedən zamanın məna qazanar. Həyatın mənası sənin baxışında gizlidir”.

 

ŞƏRH YAZIN