Pozitiv düşün , pozitiv yaşa.

0
6532
Pozitiv düşün , pozitiv yaşa.

"Necə düşünürsən elə də yaşayırsan " və ya "Nə əkərsən onu da biçərsən " , səbəb və nəticə qanunu olan bu fəlsəfi kəlamı çoxları eşidib. Lakin , bunu dərindən dərk edib həyata keçirənlər çox olmayıb. Bu ondan görünür ki, hazırda dünyada xəstə, kasıb və digər neqativ vəziyyətdə yaşayanların sayı daha çoxdur . Tək - tək insanlar düşüncələri ilə yaşadıqları həyat arasındakı qarşılıqlı və bir başa əlaqəni dərk edib , stereotiplərdən azad olaraq , sahib olduqları həyatı xöşbəxt yaşayırlar . 

Hər bir fikir və ya söz şüurumuzda müəyyən bir informasiya kimi qəbul olunaraq şüurun vəziyyətindən asılı olaraq dünya modelimizə uyğun müxtəlif sürətlərlə filtirlənir ( silinir , təhrif olunur, ümumiləşir ) və bir "toxum" olaraq münbit sahə olan şüuraltına  düşür . "Toxum"un adı necədirsə məhsulun da adı elə olmalıdır. Ona görə düşünərkən, söz və ya cümləni ifadə edərkən onu pozitiv ifadə etməyi bacarmaq lazımdır . Bu necə olur?Mən xəstələnmək istəmirəm əvəzinə, mən sağlam olmaq istəyirəm . Mən kasıb olmaq istəmirəm əvəzinə, mən varlı olmaq istəyirəm .Mən məğlub olmaq istəmirəm əvəzinə , mən qalib olmaq istəyirəm. Mən ölmək istəmirəm əvəzinə, mən yaşamaq istəyirəm; bu iş çətindir əvəzinə , bu iş asan deyil və s .bu kimi fikirləri misal gətirmək olar . Göründüyü kimi burada xəstə , kasıb , məğlub , çətin kimi neqativ fikirli sözlər sağlam olmaq , varlı olmaq , qalib olmaq , asan deyil kimi pozitivlərlə əvəz olunub . Belə olduqda şüur da şüuraltına pozitiv əmr verir və şüuraltı pozitiv istiqamətdə işləyir. 
 
Bəzən biz deyirik mən istəmirəm mənim dişlərim ağrısın və ya necəsən sualına sağ ol pis deyiləm ,deyə cavab veririk . Burada da dişlərin sağlam olmasinı istəmək və ya pis deyiləm əvəzinə  təşəkkür edirəm yaxşıyam demək pozıtiv və daha anlaşıqlıdır. 
Mən xəstəyəm əvəzinə mən naxoşam və ya mən sağlam deyiləm demək daha doğrudur, çunki sözun kökü xoş və sağlam ifadələridir. Şüuraltı üçün sözün kökünün böyük əhəmiyyəti var . Qorxma , ağlama , qaçma , zibil atma , yıxılarsan , sən uşaq deyilsən kimi neqativ sözləri cəsarətli ol , sakit ol , dayan , təmiz saxla , ehtiyatlı ol , sən artıq böyümüsən kimi pozitiv sözlər daha effektiv olur . 
 
Xəstəxana sözünu də şəfaxana müalicəxana , sağlamlıq ocağı ,hospital (latınca: qonaq evi )deyə adlandırmaq daha xoş və əhəmiyyətli olar. Həyat mübarizədir və ya yaşamaq çətindir deyənlər daim həyatda mübarizə və çətinliklə rastlaşırlar. Yaşamaq asan və gözəldir deyə düşünənlər asan və gözəl yaşayırlar.
 
Ən yaxşı səliqəlilik , səliqəsizliyə yol verməməkdir . 
 
Pozitiv düşün , pozitiv yaşa. 
 
 
Məmməd Məmmədov
NLP Master
 
 

ŞƏRH YAZIN