Möcüzələr yarada biləcəyinizi bilirdinizmi?

0
7813
Möcüzələr yarada biləcəyinizi bilirdinizmi?

Möcüzələr yarada biləcəyinizi bilirdinizmi? Bəli həqiqətən elədir. Siz möcüzələr yarada bilərsiniz. Əslində bizim əsas məqsədimiz elə budur – möcüzə yaratmaq. Unutmayın ki, bəzən düşüncə tərzimizdəki kiçik bir dəyişilik də möcüzə sayılır. Bəzən bir şey tamamilə qeyri-mümkün kimi görünsə də, düşüncənizin dəyişməsi ilə bu, bir anda mümkünə çevrilə bilər. 

Bütün möcüzələr sadəcə kiçik bir düşüncə və ideya ilə başlayır. İndi icazə verin fikirlərimi sizinlə bölüşüm. 
 
Tomas Edison, Aleksandr Bell və Rayt qardaşlarının hamısının ölməsi xaricində başqa nə ortaq cəhəti var? Üçü də ixtiraçıdır. Tarixdə elə bir an olub ki, elektrikli lampa, telefon və təyyarənin ilk versiyasını yaratmaq fikri ilk dəfə bu ixtiraçıların ağlına gəlmişdir. Nəhayət bu kiçik və əhəmiyyətsiz düşüncələr çoxaldı və güclü inama çevrildi. Bu inam da zamanla reallaşmağa başladı.
 
Onlar bu yolda çətinlik və tərəddüdlərlə qarşılaşıblarmı? Əlbəttə. Lakin onlar sürətlə irəliyə addımlayıblar və bir gün hər üç ixtiraçı möcüzə yaradıb. Əvvəl qeyri-mümkün, hətta bir çoxları tərəfindən gülünclə qarşılanan bu ideyalar hər kəs tərəfindən alqışlanan möcüzələrə çevrildi. Bu üç şəxsdə olduğu kimi reallaşan digər ixtiralar, kəşflər, biznes cəhdləri və arzular kiçik bir ideya ilə başlayıb – düşüncənin dəyişməsi. Bu möcüzələr necə baş verdiyini açıqlayır elə deyilmi?
 
Hər şey düşüncə ilə başlayır. Mən günorta yeməyi üçün salatı yoxsa sendviçi seçəcəyinizdən yox, düşüncənizlə bütün dünyanı dəyişmək bacarığınızdan danışıram! Düşüncələr sizi ya ən yüksəyə, ya da ən dibə apara biləcək saf enerjidir. 
 
Hər birimizin həyatımızda uğursuzluğu müvəffəqiyyətə, bədbəxtliyi məmnuniyyətə, yoxluğu bolluğa çevirmək üçün kifayət qədər gücümüz var. Düşünürsən ki, o qədər güclü deyilsən hə? Sən güclüsən! Hamımız güclüyük! Sadəcə bir çoxumuz bunu bilmir. İnsanlar həyatlarını düşüncələrindən daha yaxşı idarə edirlər. 
 
Tərcümə etdi: Elmira Cahangirli
 

ŞƏRH YAZIN