Sizin Tənqidə Reaksiyanız Necədir?

0
1152
Sizin Tənqidə Reaksiyanız Necədir?

İnsanlar tənqid olunmaqdan xoşlanmaz.  Səbəb isə çox sadədir. Bu həqiqətdir ki, tənqid adətən insanlara pis təsir göstərir. Lakin bunu faciəyə çevirmək deyil, onu düzgün qəbul etmək lazımdır. Tənqidə hisslərlə deyil, ağılla reaksiya verin.

İnsan yanılır. Hər birimiz diplomatikcəsinə deyirik ki, heç kəs mükəmməl deyil və insan səhv edə bilər. Bəs nə üçün bəzilərimiz kimsə səhvlərimizi söyləyəndə yenə də diplomatikcəsinə davrana bilmirik? Tənqidi müsbət qarşılamaq hər kəs tərəfindən öyrənilməli olan bir şeydir.

Heç düşünmüsünüzmü bəzi bizness ikonları necə hər zaman yaxşı fəaliyyət göstərir? Çox çalışmaq və istəməklə yanaşı onlara bütün bu nailliyyətləri əldə etməyə imkan yarana nədir? Onların uğurları tənqidi qəbul etməklərində gizlidir. Həmin şəxslər tənqidə təkmilləşmək üçün imkan, fayda götürmək üçün seçim və inkişaf vasitəsi kimi yanaşırlar. Qısası, onlar tənqidi fərqli şəkildə qarşılayırlar. Onlar müsbət və ya mənfi olmasından asılı olmayaraq rəylərə görə sevinirlər.

Tənqidi mehribanlıqla qarşılamaq üçün nə edilməlidir?

Aşağıda tənqidə doğru yanaşmaq üçün bəzi məsləhətlər verilmişdir.

Yaxşı dinləyici olun - Digərlərinin dediklərinə qulaq asmaq üçün bir qədər vaxt ayırın. Əgər siz qarşınızdakının əslində nə demək istədiyini bilmədən qəflətən reaksiya versəniz, səhvə yol vermiş olacaqsınız.

Təmkinli davranın - Heç vaxt tənqid eşitdikdə özünüzə nəzarəti itirməyin. Bu vəziyyəti daha da pisləşdirə bilər. Fəaliyyətinizlə bağlı dəyərli informasiya, xələl gətirməklə yanaşı, sizin özünüzə nəzarəti itirməyiniz müvazinətinizin zəif olduğunu göstərir. Əgər siz özünüzü təzyiq altında hiss edirsinizsə, ovcunlarınızı birləşdirin və dərindən nəfəs alın. Bu sizi sakitləşdirəcək və özünüzü daha yaxşı hiss edəcəksiniz.

Hisslərinizi ağlınızla idarə edin - İnsanların onları incidən şeylərə qarşı həssas olması təbiidir. Bu bizim məsələyə yanaşma tərzimiz subyektiv olduğu zaman yaranır. Əgər biz hadisələrə obyektiv (qərəzsiz) yanaşa bilsək, məsələdən daha yaxşı agah ola bilərik. Hisslərinizlə davranmadan öncə ağlınıza güvənin və tənqidin sizə necə müsbət təsir göstərə biləcəyi barəsində düşünməyə çalışın.

Səhvlərinizi başa düşün - Səhvlərini qəbul etməyən şəxslər tənqiddən fayda götürə bilməzlər. Yalnış anlaşılmadığı təqdirdə tənqid səhvləri aşkarlamağın bir yoludur. Siz səhvlərinizi səmimi olaraq boynunuza götürdüyünüz zaman, tənqidə uğura çatmaq üçün vasitə kimi yanaşacaqsınız. Rəylər şübhəsiz səhvləri azaldır və düzlüyü artırır.

Tənqidçinin niyyətini başa düşün - Nə zaman ki, rəyləri qəbul edirsiniz onu bildirənin niyyətini anlamağa bir addım yaxınlaşırsınız. Tənqid inkişafa zəmin yaratmaqla yanaşı ruhdan salıcı da ola bilər. Həmçinin qarşınızdakına narahatlığına görə təşəkkür etməyi və ondan da eyni tərzdə davranmasını gözlədiyinizi vurğulamağı unutmayın.

Düzəldici tədbirlər görün - Tənqidi nəzərə aldıqdan sonra müvafiq düzəldici tədbirlər görün. Gələcəkdə hərəkətlərinizi necə düzəltməyin yollarını araşdırın. Siz həmçinin inkişaf etməyiniz üçün sizə faydalı rəylər bildirən insanlardan məsləhət ala bilərsiniz.

Korrektə etdi: Salmanlı Ayna

ŞƏRH YAZIN