O Kimdir ?

0
4488
O Kimdir ?

İnsanlar kimliklərinin ruhudur. Biz kimik? Biz övlad, qardaş, müəllim, dost, sevgili, düşmən, işçi, müdir və s. Burada əsas sual biz kimik yox, kimə görə kimikdir. Yəni bizim kim olmağımız insanların həyatındakı rolumuzdan asılıdır. Bizim insanlara qarşı düşüncələrimiz eyni şəkildə insanların bizim haqqımızda düşüncələri kimliklərdən irəli gəlir.

Dünyanın ən savadlı həkimi, hüquqşünası, idmançısı, olsanız belə bu kimlik valideynlərinizin və həyat yoldaşınızın gözündə həmişə ikinci dərəcəli kimlik olacaq. Hətta təzəlikcə yeni kimlikləri qəbul etməkdə çətinlik çəkəcəklər. Övladının həkim kimliyini qəbul edə bilməyən valideyn üçün əmin olun ən güvənilməz həkim elə öz övladıdır. Eyni şəkildə şəxsi həyatda xoşunuz gələn birinə dost kimliyi ilə yaxınlaşsanız işiniz çətindir əvvəlcədən deyim.
 
Kimliklər iş həyatında da çox böyük rol oynayir. İstənilən iş yerində müdir yaxın qohumunuzdursa davranışlarımız elə qohum kimi də olacaq. Eləcədə mudirin bizə qarşı davranışları başqa işçilərdən fərqli olacaq. Nəticədə məsuliyyət azalacaq, keyfiyyət düşəcək, beləliklə bir birimizə qarşılıqlı ziyandan başqa heçnə verməyəcəyik. Həyatımızdaki hər kəsin bizə qarşı davranışları, düşüncələri bizi hansı kimlikdə görmələrindən irəli gəlir. Bir sözlə bizi biz edən kimliklərimizdir.
 
 
 
Ülvi Əlimərdanov
NLP Master

ŞƏRH YAZIN