Sizə stimul verəcək 13 sitat

0
8573
 Sizə stimul verəcək 13 sitat

Gününüz pis keçir? Özünüzü ruhdan düşmüş hiss edirsiniz? Bəlkədə düşüncələr içində yox olmusunuz ? Aşağıdakı sitatlar çətin günlərdə sizə bələdçi olacaq və doğru yolu tapmanıza kömək edəcək. 

 
1. “Kim olduğunuz və haradan gəlməyiniz önəmli deyil. Qalib gəlmə bacarığı sizinlə başlayır” - Opra Uinfri
2. “Mən işığı sevəcəm çünki mənə doğru yolu göstərir, lakin qaranlığa da tab gətirəcəm çünki o mənə ulduzları göstərir” – Og Mandino
3. “Cəsarətli ol, ey əziz ürəyim” - K.S. Luis
4. “Fürsətlər çətinlikdə olarkən ortaya çıxır” - Eynşteyn
5. “Ayaq saxlamadığın müddətcə nə qədər yavaş getdiyin əhəmiyyətli deyil” – Konfutsi
6. “Nə üçün yaşadığını bilən insana necə yaşadığı önəmli deyil” - Fridrix Nitsşe
7. “Bacarıqlı ola biləcəyinizə inanın və unutmayın ki, məqsədinizə çatmağa çox az qalıb, artıq yarı yoldasınız” - Teodor Ruzvelt
8. “Meyl edəcəyin yeganə insan, olmaq istədiyin şəxsdir” - Ralf Uold Emerson
9. “Kifayət qədər qüvvəniz varsa, hər şey mümkündür” - Coan Roulinq
10. “Bədən və ruhun sağlamlığının sirri keçmiş üçün yas saxlamaq və ya gələcək üçün narahat olmaq deyil, hal-hazırkı anı ağılla  yaşamaqdır” – Budda
11. “Quşlar cavabları olduğu üçün yox, nəğmələri olduğu üçün oxuyur” - Maya Anjelu
12. “Soruşursunuz ki, ‘yıxılsam nə olacaq?’, bəs qanadlansanız nə olacaq?” – Erin Hanson
13. “Bilinməzliklərlə razılaş. Həyatda uzun müddət adını qoya bilədiyimiz çox gözəl məqamlar olur”  - Bob Qof
 
Tərcümə etdi: Elmira Cahangirli 

ŞƏRH YAZIN