Günahkar hiss etdirən peşələr

0
1761
Günahkar hiss etdirən peşələr

Həftəlik maqazin jurnalı olan “Vanity Fair” apardığı bir araşdırmadan sonra dünyadakı ən sıxıcı, arzuolunmaz peşə sahələrinin siyahısnı təqdim edib. Bu nəticəyə gəlmək üçün müxtəlif müəssisə işçiləri və özünə uyğun peşə tapmadığı üçün hazırda heç bir yerdə çalışmadığını bildirən insanlar arasında sorğu keçirilib.

Bu sorğudan əldə edilən nəticələrə görə iş yerlərindən, gördükləri işdən ən çox narazı olanlar əsasən aşağıdakı vəzifələrdə çalışırlar: fast-food mağazalarında satıcı kimi çalışanlar, barmenlər və reseption xidməti üzrə fəaliyyət göstərənlər. 

Fasd food satıcıları

Onların öz işlərini sevməməsinin əsas səbəbi gün ərzində insanların sağlamlığına ziyan vurmaqla məşğul olduqlarını düşünmələridir. Sorğuda iştirak edən satıcılar bildiriblər ki, bu yeməklərin necə hazırlandığını gördükdən sonra onu insanlara xeyirli məhsulmuş kimi təqdim etmək onların özlərini günahkar hiss etmələrinə səbəb olur.

Reseption xidmətində çalışanlar

Əksər hallarda, çalışdıqları xidmət haqqında bildikləri bütün mənfi məqamları ört-basdır etməyə çalışır, müştəriyə yalnız üzdə olan bəzi mübət tərəflər barədə məlumat verirlər. Öz danışıqlarına özlərinin də inanmaması onların gördükləri işdən narazı olmasına səbəb olur.

Barmen

Barmenlik çoxumuza nə qədər əyləncəli sənət kimi görünsə də, mütəmadi olaraq çalışdıqları yerdə müxtəlif dava-dalaşların şahidi olan barmenlər əksər hallarda içkinin insanı hansı vəziyyətə saldığını gördükləri üçün içkini tərgidirlər. Bir yandan isə bu dava-dalaşa səbəb olduqlarını düşündükləri üçün özlərin günahkar hesab edirlər.

 

ŞƏRH YAZIN