Bir Tarix Təyin Edin Və ...

0
2320
Bir Tarix Təyin Edin Və ...

 Bax elə bu dəqiqə beyninizin sol tərəfinə və bəzi proqramlara yenidən nəzər salın. Xəyal etdiyiniz fəaliyyəti nə zaman həyata keçirə biləcəyinizə qərar verin, bu tarixi təqviminizdə qeyd edin və öz özünüzə söz verin.

Məsələn, əgər golf oynayacaqsınızsa, özünüzə uyğun bir partnyor seçin və oynayacağınız günü təyin edin. Xəyal etdiyiniz şey bir iş konfransında çıxış etməkdirsə, xəyal etdiyiniz performansı reallaşdıra biləcəyiniz bütün fürsətlərə göz atın və yararlanmağa çalışın. Düşündüyünüz fəaliyyət yemək bişirməkdirsə, qabiliyyətinizi nümayiş etdirə biləcəyiniz zamanı planlaşdırın. Bunların hamısı mümkündürsə, özünüzə birdən çox plan üçün söz verin, xəyallarınızı reallaşdıracaq fürsətlər yaradın. Kifayət qədər uğurlu olmadığınızı düşündüyünüz bir sahədə böyük ehtimalla, özünüzə mənfi bir gözlə baxacağınıza görə, özünüzə verəcəyiniz bu söz əhəmiyyətlidir. Sağlam düşüncənin sizə lazımlı olduğunu söylədiyi heç bir şeydən imtina etməyin. Bunlar məşq etmək, rejim saxlamaq, çox çalışmaq, əzmli olmaq ya da kitab oxumaq kimi bir şey ola bilər. Bütün bunların keçmişdə bir işə yaramadığını görmüş olsanız belə, imtina etməyin. Özünüzə güvənin, çünki artıq şüuraltı avtomatik pilotunuz keyfiyyətli xəyallarla "proqramlaşdırıldığına" görə, bütün səyləriniz daha məhsuldar olacaq.


İstədiyiniz şeyi əldə etməyə gəlincə, NLP bir diləyi istəyə, ümumi bir marağı güclü bir ehtirasa çevirə bilər. Bu da özü ilə özünüzə yeni bir güvən, önünüzə ciddi olaraq qoyduğunuz hər hansı bir hədəfə çatma qabiliyyəti gətirər. Qısqanclıq kimi mənfi bir duyğu belə məqsədlərinizə çatmaqda istifadə edilə bilər. Bir insan qısqanılacaq qədər yaxşıdırsa, bu, NLP texnikası baxımından faydalı bir model olduğu mənasını verər. Böyük işlər bacarmağa başlamaq üçün doğuşdan ehtiraslı, hədəf-yönümlü bir insan olmağınız lazım deyil. Yalnış dizayn edilmiş arzular və qərarsız diləklərlə də işə başlaya bilərsiniz, amma bunlar üzərində daha yaxşı xəyal qurmağı öyrənmək əsas şərtdir. Əsas məsələ, daha yaxşı xəyallar qurmağı öyrənməyinizdir. Evdəki işlərinizdə, həll yollarınızda və "ediləcəklər" siyahınızda təbii olaraq hədəflər qoyan, planlı bir insansınızsa, bu yanaşmanı əhəmiyyətli sağ beyin bacarıqlarını (real müvəffəqiyyətlərinizə çox əhəmiyyətli yardımı olacaq bacarıqlar) da əlavə edərək tamamlaya bilərsiniz. Narahat olmağınıza ehtiyac yoxdur; bu bacarıqlar sizi bir xəyalpərəst etməyəcək (xəyalpərəstlər xəyallarını reallığa necə çevirəcəklərini bilmədiklərinə görə, dəyərli nəticələr əldə edə bilməzlər). Amma, qiymətli bir şey əldə etmək istəyirsinizsə, bir xəyala sahib olmalısınız.

ŞƏRH YAZIN