Bir birinizə baxın ki ...

0
1834
Bir birinizə baxın ki ...

 Evliliyin daha xoşbəxt və uzunmüddətli olmasını istəyirsənsə, yalnızca 5 dəqiqənizi ayırın. Sadəcə 5 dəqiqə bir-birinizə baxın!


Ailə münasibətləri üzrə mütəxəsisslər evli cütlüklərə hər gün 5 dəqiqə sakitcə bir-birinə baxmağı məsləhət görür.

Mütəxəssis Mehmet Yavuz, evliliyin 4 min illik taxiri bir qurum olduğunu deyib. Hazırda evli insanların ən böyük problem bir-biri ilə yola gedə bilməməkləridir. Ailələrin xoşbəxt olmadıqlarının başlıca səbəbləri, güzəştə gedə bilməməkləri və eqolarını hər şeydən yüksəkdə tutmalarıdır.

Evlilik qərarı verməzdən əvvəl insanlar bir-birini yaxşı tanımalıdır. Ani evlilik qərarı verən cütlüklər isə bir-birini yaxşı tanımaqdıqlarına görə bir il keçdikdən sonra boşanır. Mütəxəssis xoşbəxt evlilik həyatı yaşamaq üçün bir neçə ipucu verib. 

Elmi araşdırmalar zamanı 100 cütülkdən 5 dəqiqə bir-birinə baxmasını xahiş ediblər. Bu araşdımanın nəticəsi isə olduqca maraqlıdır. Bir-birinin üzünə baxan cütülüklər arasında aşiq olub, hətta evlənənlər də olub. Bu araşdırmanı evil insanların da tətbiq etməyini məsləhət görürlər. 

Evli insanlar arasında problemləri həll etməyin ən optimal variant özünü həmin insanın yerinə qoymaqdır. Özünü həyat yoldaşının yerinə qoyan zaman tərəfdaşını daha yaxşı anlayır. Hər məsələni mübahisəyə çevirməyin

Sağlam və uğurlu ailə həyatı üçün əlinizdə olanların qədrini bilin. Ancaq pulun sayəsində xoşbəxt ola bilcəyinizi düşünməyin. Maşın, pul, ev, bahalı geyimlər uğurlu ailə həyatının göstəriciləri deyil. Əlbəttə ki, yaşamaq üçün pul lazımdır. Lakin bunu həyatınızın əsas hədəfinə çevirməyin. Xırda məsələlərdən zövq almağa və xoşbəxt olmağa cəhd göstərin.
 
Aranızda olan səhvləri qulaq ardına vurmayın. Nəyisə aranızda müzakirə etməsəniz, heç nə həll olmayacaq və üst-üstə yığılacaq. Nəticədə isə əsəb partlayışı baş verə bilər. Bunun qarşısını almaq üçün bəyənmədiyiniz və sevmədiyimiz xüsusiyyətləri həyat yoldaşınıza söyləyin. Bazar günləri gözəl səhər yeməyi hazırlayın və ətrafında toplaşıb həftə ərzində baş verən hadisələr haqqında uzun söhbətlər edin. 

Hərdən ikilikdə kinoteatra, teatra, gəzintiyə və ya gözəl istirahət məkanlarına gedin. Bu kimi əyləncələr sevginizi təzələyəcək və münasibətləriniz yenidən canlacaq. 

Statiskalara görə, dünyada tək yaşayan insanların sayı 277 milyondur. 15 il əvvəllə müqayisədə bu rəqəm 55 dəfə artıb. İnsanların əksəriyyəti də əvvəlki illər nisbətən evlənməkdən daha çox qorxur. 

Boşanan qadınların əksəriyyəti işləyən qadınlar təşkil edir. Qadınların işləməsi evdə müxtəlif problemlərə səbəb olur və boşanmaya gətirib çıxarır.

ŞƏRH YAZIN