Bir nişan üzüyü ...

0
2886
Bir nişan üzüyü ...

 Bir üzük bütün zamanlarda sevgi nişanəsi olub. Xüsusilə də, adsız barmağa taxılan nişan üzüyü ...


Nişan üzüyü ənənəsi bəzi mənbələrə görə, Misirdə, digər mənbələrə görə Qədim Yunanıstanda yaranıb. Hər iki mənbəni də birləşdirən ortaq nöqtə var ki, bu da nişan üzüyünün adsız barmağa taxılmasıdır. Bu da ürəyə aparan damarın məhz bu barmağdan keçməsi ilə əlaqələndirilir.

Qədim Misirdə nişan üzüyünü sol əldə gəzdiriblər. Elə indi də şərq ölkələrində nişan üzüyünü sol əldə gəzdiriblər. Avropanın əksər ölkələrdə isə, nişan üzüyü əvvəlcə sol ələ, toydan sonra isə sağ ələ taxılır. Hindistanda nişan əlaməti olaraq böyük barmağ da daxil olmaqla bütün barmaqlara bürcə uyğun simvolik daşlarla bəzədilmiş qızıl üzüklər taxılır.

Hindistanda cilalanmış almaz (brilliant) daşın mənfi enerji daşıdığına inanırlar və hesab edirlər ki, yalnız hədiyyə edildikdə almaz bu xüsusiyyətini itirir. Nişan üzüyünü cilalanmiş almazla ilk dəfə orta əsrlərdə italyanlar bəzəməyə başlamışlar.

Hazırda üzüyün içərisinə ad və digər sevgi sözlərinin yazılması ənənəsi Avstriya hersoqu Maksimilianın adı ilə bağlıdır. O, Mariya Burqundskaya ilə evlənəndə ona bağışladığı nişan üzüyünə sevgilisinin şərəfinə “M” hərfi yazdırmışdı.

ŞƏRH YAZIN