Bu Adam Müəllimlərin Etmədiyini Edir

0
9566
Bu Adam Müəllimlərin Etmədiyini Edir

Danni Trexo çox sevilən aktyorlardan biridir. Filmərində əsasən mənfi rollarda oynamaqla məşhurlaşıb.Həyatı olduqca maraqlı və tam bir müvəffəqiyyət hekayəsidir. Onun söylədikləri uşaqlar tərəfindən nəzərə alınır və qəbul edilir. Bəs müəllimlər niyə bu qədər təsirli olmur?

Danni Trexo, narkotiklə 8, kokainlə 12 yaşında tanış olmuşdur. Saysız-hesabsız qarətə qarışdı. 15 yaşından etibarən həbsxanalara girib çıxmağa başladı. Üç dəfə ölüm cəzasından döndü. Kaliforniyanın cəhənnəmdən fərqlənməyən üç həbsxanasında uzun illər keçirdi.
 
İllər sonra məktəbləri və gənclik mərkəzlərini ziyarət etməyə başlayanda hamı təəccübdən dilini udacaqdı: Psixoloqları, müşavirləri, müəllimlərinə qulaq asmayan uşaqlar və gənclər, Danni Trexoya sonsuz bir inam bəsləyir, ona açılır, onu dinləyirdilər.
 
Uşaqları narkotik və alkoqoldan uzaq tutmaq üçün milyonlarla dollar və milyonlarla saatlar xərcləyən təhsil və səhiyyə sisteminə ağız-burun əyən gəncləri, Danni Trexo 45 dəqiqədə yola gətirirdi.
 
Danni, əmisindən yumruq yeyərək böyümüşdü. Amma bu ona yumruq yeməməyi öyrətdi. Girdiyi həbsxanalarda boks çempionu oldu. Bu həm onun həyatda qalmasına kömək etdi, həm də çox dostunun olmağını təmin etdi.
 
Həbsxanadakı ən yaxın dostlarının hamısı qatillərdən ibarət idi. Danni yeni bir dolanışıq yolu kəşf etdi. Yeni məhkumlara qoruma xidməti verir, buradan pul qazanırdılar. Həbsxanada olmasına baxmayaraq anasına pul yollamağa başlamışdı.
Bir çox qarətə qarışmış Danni, hər dəfə narkotik ticarətindən tutulmuşdu. "Başıma nə gəlibsə içki və narkotikdən gəlib" deyirdi və əlavə edirdi:"Başıma gələn hər bir yaxşı şey isə, birinə bir yaxşılıq etmək sayəsində".
 
Həbsxanadan sonra içkiyə və narkotikə bir anda vida etdi. Ona bahalı ciplər və pul təklif edən əmisinə yox dedi. Kiçik işlərdə çalışmağa və gənclərə, insanlara rəhbərlik xidməti verməyə başladı. Uşaq həbsxanasındakı,psixoloji-ruhi xəstəliyi olan insanların yatdığı xəstəxana mərkəzlərindəki gənclər o gələndə sanki əsas mövqeyə keçir, ağızları açıq onu dinləyirdilər.
İllər sonra, söhbət etdiyi bu gənclərdən biri onun yardımını istədi. Yardıma getdiyi yer Runaway Train filminin seti idi. Oraya addımını atan kimi diqqətləri üzərinə çəkdi. Filmin ulduzuna boks dərsi verərək başladı.
 
Trejo o qədər xarizmatik ki ona bir rol vermədən dura bilmədilər.
 
Rollar bir-birinin ardınca gəldi. 200 məhəbbət filmində rol aldı. Robert de Niro, Mickey Rourke, Çarlz Bronson, Antonio Banderasla filmlər çəkdi. Boş dayanmağı sevmirdi. Gündəliyi 30.000 dollar olan Trejo zaman-zaman aşağı büdcəli elə də səviyyəli olmuyan  filmlərdə, habelə tələbə filmlərində oynayırdı.
 
Yan rollarda oynamaqdan heç şikayətçi deyildi. Bir müsahibədə, "həmişə kor-kobud, döyməli Meksikalını oynamaqdan narahat deyilsiz deyə soruşan yeniyetmə jurnalistə bədənini göstərib", sən nə deyirsən, mən elə o kor-kobud, döyməli Meksikalıyam" demişdi.
 
Trejo necə bacardı? Birincisi, ki bu özünün ən başa qoyduğu maddədir, ayıq başla düşünməyə başlayaraq. İkincisi heç vaxt bir şeydən tez əl çəkən olmuyub. Üçüncüsü, insanlarla çox yaxşı ünsiyyət quraraq, ki bu da öz sözüylə kömək edərək başlayırdı.
 
Dördüncüsü, işə xeyirli bir şeylər bilərək ki yumruq yeyə-yeyə çox yaxşı boks öyrənmişdi. Beşincisi, heç vaxt qüruruna məğlub olmayaraq. Altıncısı, səmimiliyi. Yeddincisi, həyatın hər anını dolu-dolu yaşayaraq.
 
Səkkizincisi, qərarlar alıb bunu sonuna qədər tətbiq edərək. Doqquzuncusu, ideallar tutaraq. Onuncusu, dəli kimi işləyərək və çalışma həzzi verərək.
 
BƏS, GƏNCLƏR VƏ UŞAQLAR ÜZƏRİNDƏ NECƏ BU QƏDƏR UĞURLU OLURDU? ÇOX SADƏ; ONLAR NƏİNKİ QAYĞISIZ, MARAQSIZ  ƏSLİNDƏ ÖYRƏNMƏ DƏLİSİYDİLƏR.
 
Sadəcə həyat deyilən şeyi pis yazılmış kitablardan, həyəcanı getmiş müəllimlərdən, otağından çıxmayan rəhbərlərdən deyil, belə insanlardan öyrənmək istəyirdilər.
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI

ŞƏRH YAZIN