Bu Sözlər Münasibəti Qoruyur!

0
3079
Bu Sözlər Münasibəti Qoruyur!

Bəzən bir münasibəti quran da sözlərdir, dağıdan da... Ona görə istifadə etdiyimiz sözlərə diqqət etməyimiz bizə ikiqat məsuliyyət yükləyir. Siz də əlaqənizin təzəliyini qorumaq, sevdiyiniz adam tərəfindən cazibədar görünmək üçün ağzınızdan çıxan sözlərə diqqət yetirməlisiniz. Daha doğrusu, ağzınızdan doğru sözlərin çıxmasına diqqət göstərməlisiniz. Sevgilinizə qarşı sərf etdiyiniz sözlər onun nə qədər ruhunu oxşarsa, aranızdakı münasibət də o qədər yüksək olacaq. Əlaqənizi möhkəmləndirəcəyini düşündüyümüz o sehrli sözlər bunlardır:
Səninlə fəxr edirəm. Bir kişi, bir qadının onunla fəxr etməsindən çox xoşlanar. Məsələn, qohumlarınızla söhbətdə, yoldaşınızın müvəffəqiyyətlə öhdəsindən gəldiyi bir iş haqqında bəhs edərək, onun həyatındakı detallara əhəmiyyət verdiyinizi göstərə bilərsiniz. Nə cür işlərdə yaxşı olduğunu dilə gətirərək onunla qürur duyduğunuz siqnalını verə bilərsiniz. Ondan bir şey etməsini istəyərkən, "Bu işin öhtəsindən gələcəyindən əminəm" deyərək onu gururlandıra bilərsiniz.
Təşəkkür. Nə mövzuda olduğunun heç bir əhəmiyyəti yoxdur. Onu təqdir etdiyinizi mütləq bildirməlisiniz. "Təşəkkür" etməyi unutmayın. Bu aranızdakı bağı daha da gücləndirər.
Üzr istəyirəm. Səhv etdiyinizi qəbul edib üzr istəməkdən çəkinməyin. Bu, ona nə qədər əhəmiyyət verdiyinizi, etdiyiniz səhvdən ötəri kədərli olduğunuzu, göstərir.
Axşam 8-də... Hər gecə çölə çıxın demirik, amma ən azından ayda bir gün birlikdə əylənin. Gözlənilmədən, "xüsusi" bir yerə getməyi təklif edin. Belə gəzintilər, əlaqənizə həyəcan qatacaq.
Aldığın hədiyyəni çox bəyəndim. Kişilər qadınlara hədiyyə seçərkən çox çətinlik çəkərlər. "Görəsən, aldığım hədiyyəni bəyənəcəkmi?" deyə çox fikirləşərlər. Ondan aldığınız hədiyyənin sizi nə qədər xoşbəxt etdiyini ona göstərin. Sizin tərəfinizdən təsdiq edilmiş olmaq ona, özünü yaxşı hiss etdirəcək, sizi xoşbəxt etmək üçün əlindən gələni etməyə davam edəcək.
Sevginizi biruzə verin. Sözlə olmasa belə, davranışlarınızla onu necə sevdiyinizi biruzə verin. Axı onların bizim sevgimizə ehtiyacı var.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN