Cütlüklər Bir-Birlərində Hansı Xüsusiyyəti Axtarır?

0
4302
Cütlüklər Bir-Birlərində Hansı Xüsusiyyəti Axtarır?

Bir münasibətin gələcəyinin necə olması ilə bağlı qərarı nə qədər zamana verə bilərsiniz? 1 saat? 1 ay? 1il? Yəqin ki, cavablar müxtəlifdir. 
Amma araşdırmalara görə, ilk 30 saniyə bir əlaqənin yaşanıb yaşanmayacağını anlamaq üçün kafi bir müddətdir. Qadın müsbət siqnallar verərkən kişinin səhv davranışı əlaqənin başlamadan bitməsinə səbəb olar. Aşağıda ifadə edilən xüsusiyyətlərə sahib və sizə qarşı davranışlarınıza diqqət yetirən birinə 30 saniyədə dərhal aşiq olmaq çox çətin deyil. O səbədən də davranışlarınıza xüsusi diqqət yetirməriniz lazımdır. 

Cütlüklərin bir-birlərində axtardıqları xüsusiyyətlər:
Zarafat qabiliyyəti: Bir qadını və ya kişini güldürə bilmək ürəyinin yarısını qazanmaq deməkdir. Zarafat qabiliyyəti çox yüngül, amma təsirli bir silah, kiçik, amma hər şeyi bir anda dəyişdirə biləcək bir detaldır. Ağıllıca edilən zarafatlar söhbətin səmimiləşməsini təmin edəcək ən təsirli üsuldur.
Gülümsəmə: Qadınların kişilərdə axtardıqları ən əhəmiyyətli xüsusiyyətlərdən biri də gülərüzlülükdür. Gülümsəmə sizi cazibədar edən ünsürlərdən biridir. Üzünüzü işıqlandıran isti bir gülüş onu əldə etmənizi təmin edəcək. Nəticə qəti və tezdir. Üstəlik gülümsəməniz sizin nə hiss etdiyinizi bütün sözlərdən daha yaxşı izah edər. Əgər xoşbəxtsinizsə , birindən xoşlanırsınızsa, aşiqsinizsə və ya onun üçün dəli olursunuzsa, bunu tək söz belə etmədən yalnız bir gülümsəmə ilə elan edə bilərsiniz.
Təbiilik: Bütün cazibədarlığınızı olduğunuz kimi göstərə bilsəniz, yəni təbii ola bilsəniz, qətiliklə qarşınızdakına təsir edə bilərsiniz. Həyatı və insanları sevmək, həyat enerjisi və həyəcan kişiləri də, qadınları da çəkər. Üstəlik heç səy sərf etmədən, təbii bir şəkildə.
Sürprizlər: Qadınlar və kişilər sürprizlərə huşunu itirərlər. Xüsusi günləri fürsət bilib, ona xoşbəxt olacağı hədiyyələr verin. Verəcəyiniz hədiyyənin içinə romantik bir şeir ya da eşqinizi bir şəkildə ifadə edəcək kiçik bir kart əlavə etməyi də unutmayın. Nə qədər təsirli olduğunu görəcəksiniz.
Doğru hədiyyələr
: Qadınlara və kişilərə ən doğru hədiyyəni seçmək demək onun ürəyini tam on ikidən vumaq deməkdir. Qadınlara çiçək, ətir və gözəl paketlənmiş bir şokoladın təsir etdiyi kimi, kişilərə də qələm və qalstukla təsir edə bilərsiniz.

 
 
Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN