Doğru bir münasibət üçün ...

0
1744
Doğru bir münasibət üçün ...

 Qadınları anlamaq qədər kişiləri də anlamaq bəzən çox çətin olur. Hər iki tərəfin hadisələrə münasibətləri fərqli olduğu üçün bir-birini anlamaq çətinləşir. Kişilərin qadınlardan eşitmək istəmədiyi bəzi cümlələr var. Kişiləri daha yaxşı anlamaq və doğru münasibət qura bilmək üçün onlara bu sözləri deməyin. 


1. Əvvəlki sevgilinizdən və sevgi hekayələrindən bəhs etməyin. Eks sevgilinzi pisləyən cümlələr qurmayın. Belə cümlələr kişinin ürəyini sıxır. 

2. Cinsi münasibətlərdən söhbət gedəndə diqqətli olmalısınız. Bu mövzular yataq otağında müzakirə edilsə yaxşıdır. Onun dediyi kimi fikirləşməsəniz də, bu barədə heç danışmasanız, yaxşıdır.

3. Rejim və idmanla bağlı narahatlığınız varsa, bunları sevdiyiniz kişi ilə danışarkən bir kənara qoyun. Kişilərin çoxu gözəl bədənli qadınlardan xoşlana bilər amma ona hər dəfə pəhriz saxladığınızı təkrarlamaq, uzaqlaşdırmaqdan başqa işə yaramayacaq. Unutmayın, ki ağıllı və balıq ətli qadınları, kişilər arıq və ağılsız qadınlardan daha üstün tutur. 

4. Lazımsız mübahisə və müzakirələrə girişməyin. Sevgiliniz “Mən qırmızı rəngi bəyəndim” dedikdən sonra, “Mavi rəngli paltarı niyə bəyənmədin?” kimi suallar verib kişiləri bezdirməyin. 

5. İşinizlə bağlı bütün detalları və xırdalıqları ona danışmayın. İşinizlə bağlı hər xırdalığı kişilər eşitmək istəmir. Rəhbərlyin sizə olan davranışını oturub bir-bir ona izah etməkdən uzaq durun və onun günün necə keçdiyini soruşun. 

6. Kişilərə alış-verişdən bəhs etməyin. İnanın, sizin hansı ayaqqabı və çantanı bəyəndiyiniz onları qətiyyən maraqlandırmır. Burada onu maraqlandıran və həyəcanlandıran tək şey aldıqlarınızı üzərində mükəmməl şəkildə nümayiş etdirməkdir. 

7. Qısqandırmaq üçün olsa belə, ona heç vaxt başqa kişilərdən danışmayın. Qaşrıdakı kişini hirsləndirməkdən başqa əlinizə heç nə keçməyəcək. Hətta daha pis nəticələr ola bilər.

8. Rəfiqələrinizlə yaşadığınız problemləri və davaları sevdiyiniz kişi ilə bölüşməyin. Bu tərz mövzular onun üçün maraqlı olamaya bilər. 

9. Ağzınızdan çıxan hər cümləyə diqqət edin. Nə olursa-olsun sevdiyinzin kişinin dediyi cümləyə sadəcə, “yaxşı” deyib cavab verməyin. Kişilər elə düşünür ki, bu sözlər qadınların əlifbasındakı ən mənasız sözlərdir. 

10. Kişilərlə uşaq kimi ya da ağlayırmış kimi danışmayın. Bu davranış şirinlikdən çox antipatiyaya səbəb olacaq və sizdən soyumasını təmin edəcək.

11. Vacib mövzu haqqında danışarkən ya da yemək yeyərkən “Bu mesaja da cavb verim” deməyin. Belə anlarda kişilər bütün diqqəti öz üzərində hiss etmək istəyir. 

12. Yuxunuza mane olursa, “Çox xoruldayırsan və o biri tərəfə çevrilə bilərsən?” deməyin. Belə edərək onu oyada bilər və təbii ki, hisrləndirəcəksiniz. 

13. Yuxuda tez-tez və başqa bir kişinin adını sayqılayırsınızsa, ehtiyatlı olun. Səhvən də olsa, ona əvvəlki sevgilinizin adı ilə xitab etməyin.

ŞƏRH YAZIN