Əgər o insan xoşunuza gəlirsə ...

0
3138
Əgər o insan xoşunuza gəlirsə ...

 Biri sizin könlünüzü oxşayır, ondan çox xoşunuz gəlir amma nə edəcəyinizi, necə davranacağınızı bilmirsiniz. Onunla tanış olmaq, danışmaq çətin görünə bilər, amma ona necə yaxınlaşmağın qaydalarını bilsəniz, hər şey göründüyündən qat-qat asan olar. Xanım olaraq ilk addımı atmaqdan çəkinsəniz də, cəsarətli olun, uyğun zamanı tapın və gedib onunla tanış olun! 


Göz-gözə gəlin və gülümsəyin! 
 
Xoşunuza gələn kişini gördüyünüz zaman gözlərinizi qaçırmayın, onunla göz-gözə gəlin, gülümsəyin və başqa yerə baxmazdan əvvəl 3 saniyə gözləyin. Bundan sonra baxışlarınızı, ya da başınızı başqa səmtə çevirin. Hətta mümkünsə üzünüz bir az qızarsın. Əgər onun da sizdən xoşu gəlirsə, o da sizə gülümsəyəcək, hətta yanınıza gəmə ehtimalı da olacaq. 

Saatı soruşun! 
 
Qoluna saat taxıbsa, yanına gedin və saatı soruşun. Sizə saatı deyəndə söhbət etməyə imkan tapa bilərsiniz. Söhbəti özü başlamırsa, saatının nə qədər eleqant olduğunu deyin. Bu, ona sizinlə danışa bilməsi üçün bir şans daha verəcək. Lakin bu zaman telefonu əlinizdə saxlamayın. Çünki saatı öyrənmək üçün telefonun ekranına niyə baxmadığınızı görüb hər şeyi başa düşəcək. 

Hava haqqında nəsə söz deyin! 
 
Yağış yağır, qar yağır, yoxsa gözəl hava var? Söhbətə başlamağın ən asan yolu hava haqqında bir söz deməkdir. Lakin hava haqqında rəy bildirərkən şən olun və şikayət edirmiş kimi danışmayın. Söhbət edərkən mümkün olsa, göz kontaktı qurun, gülümsəməyi də unutmayın. 

Ev heyvanları haqqında fikir bildirin 
 
Xoşunuza gələn insan pişikdən, itdən xoşu gəlir və yanında varsa, onlar haqqında xoşagələn söz deyin. Oxşadıqdan sonra iti ilə bağlı suallarda verə biərsiniz. Onun da sizdən xoşu gəlirsə, söhbəti davam etdirəcək. Çox günam ki, yaxından tanış olmaq üçün əlaqlə nömlərinizi istəyəcək. Xoşuna gəlməsəniz, itini də alıb gəzməyə çıxacaq. 

Geyimi ilə kompliment edin
 
Əgər onu işlədiyiniz yerdə ya da getdiyiniz kursda görsəniz, geyimi haqqında bir söz deyin. Məsələn, “Ayaqqabılarını çox bəyəndim. Markası nədir?” soruşa bilərsiniz. Əgər sizdən xoşu gəlibsə, ayaqqabıları haqqında uzun-uzadı danışacaq və söhbətiniz davam edəcək. 

Musiqi haqqında suallar verin
 
Musiqi olan yerdəsinizsə, ona mahnının adının nə olduğunu soruşun. Yanında dayanmısınızsa, həmin mahnını astadan oxuyun və göz-gözə gəldiyiniz zaman “Mən bu mahnını çox xoşlayıram” deyə bilərsiniz. 

Dostlarınız haqqında danışın 
 
Xoşunuza gələn adam bir dostunuzun tanışıdırsa, ona ortaq dostlarınız haqqında sual verərək söhbətə başlaya bilərsiniz. Sualın nə olduğunun əhəmiyyəti yoxdur, hətta cavabını bildiyiniz sualı belə verə bilərsiniz. Məqsəd söhbət etməkdir. Həm də sonra ortaq dostlarınızla görüşəndə sizdən bəhs edib, etmədiyini öyrənə bilərsiniz. 

Yolu soruşun
 
Kişilər yolu tanımaqdıqlarını heç vaxt etiraf etmirlər, kimsə yolu soruşanda axtardıqları yerin harda olduğunu deməkdən böyük zövq alırlar. Casərtli olun və yanına gedib ona axtardığınız kafe, ya restoranı soruşun. Sizə yolu məmnuniyyətlə göstərəcək. Həmin yerə sizi özü aparmağı təklif etsə, daha yaxşı... Bu müddət ərzində tanış ola bilərsiniz. Söhbət maraqlı getsə, ona qəhvə içməyi təklif edə bilərsiniz. Qalanı da sizdən asılıdır.

Əlindəki cihaz haqqında suallar verin! 
 
Kişilərin futboldan başqa sevdikləri bir şey varsa, elektronik cihazlardır. Onlar həmişə yeni çıxan telefon, notebook və ipad işlədirlər. Əgər xoşuna gələn adamın əlində ipad varsa, hansı mahnılar olduğunu soruşun. Bu da söhbət etmək üçün yaxşı üsuldur. Çünki kişilər oyuncaqları haqqında danışmağı xoşlayırlar. 

Əlindəki kitab haqqında suallar verin! 
 
Təyyarədə və ya qatarda gedəndə xoşunuza gələn birinin əlində kitab varsa, onunla bağlı suallar verə bilərsiniz. Göz-gözə gələndə gülümsəyin və nə oxuduğunu soruşun. Əgər məşğul görünürsə, onu narahat etməməyə çalışın və mane olmayın. Əgər tanıdığınız yazarın kitabını oxuyursa, ona yazarın bu kitabını, digər kitablarına görə necə olduğunu soruşun və məsləhət istəyin. Söhbəti başlamaq üçün olduqca yaxşı üsuldur.

ŞƏRH YAZIN