Ən Qəribə Boşanma Səbəbləri

0
3673
Ən Qəribə Boşanma Səbəbləri

Psixoloqların sözlərinə görə cütlüklər arasında əsl sevgi evləndikdən sonra başlayır.Ümumiyyətlə,evlilik çox çətin qəbul edilən qərar hesab edilsə də, təəssüflər olsun ki, bəzən tərəflər sevdiyi insanı tapana qədər nə qədər əziyyət çəkdiklərini unudub ən xırda bir səbəbə görə ayrılmağa qərar verirlər.

İndi sizə tarixə ən qəribə boşanma səbəbləri kimi yazılan bir neçə hadisə barədə məlumat vermək istəyirik. 

-Qadını təmizlik düşkünü olduğu üçün hər cür ev işləri görməyə öyrəşən kişi evliliklərinin 15-ci ildönümündə həyat yoldaşı ondan mənzillərinin çirkli görünən divarını söküb yenisini tikməyini istədiyi gün boşanmaq haqqında ərizəylə məhkəməyə müraciət edib.

-Ailə həyatı qurarkən həyat yoldaşına 24 yaşı olduğunu deyən qadının sirri 10 ildən sonra açılıb.Onunla evlənərkən əslində xanımının 30 yaşı olduğunu öyrənən kişi elə həmin gün onunla yollarını ayırmaq qərarına gəlib. 

-Tutuquşusunun hər gün ona “boşan”, “səbirli ol” deməyi qadında elə təsəvvür yaradıb ki,əri onu aldadır.Bu “faktı” əlində bayraq tutan qadın həyat yoldaşından ayrılmaq üçün məhkəməyə müraciət edib.
 
-60 illik evlilik həyatından sonra boşanma qərarı alan cütlüyün hekayəsi də olduqca maraqlıdır.99 yaşlı kişi 1940-ci ildə köhnə sevgilisinin 96 yaşlı həyat yoldaşına yazdığı məktubu tapıb,məktubu oxuyub bitirdikdən sonra boşanmaq üçün məhkəməyə müraciət etdi.Onlar ən gec boşanan cütlük kimi tarixə düşüb.
 
-Heç vaxt anasının yanından ayrılmayan bəy bal ayına da anası ilə birgə getmək qərarına gəlincə,təzə gəlin evlilikərinin üçüncü həftəsində boşanmaq üçün məhkəməyə müraciət edib.
 
Korrektə etdi: Günel İbadova

ŞƏRH YAZIN