Evlənməmişdən öncə bilməniz gərəkənlər!

0
1917
Evlənməmişdən öncə bilməniz gərəkənlər!

 Bəzi şeylər var ki, onları evlənmədən öncə bilməlisiniz. Bunları bilməkdə fayda var deyirik. Evliliyin ilk aylarında ərköyünlük edərək ortaq mənfəətlərinizi gözdən qaçırmayın. Çox romantik olmasa da, evlilikdə ilk il maddi cəhətdən edilməli işlərin siyahısı ilk əsasdır. Əgər bir neçə il ərzində ev almaq fikriniz varsa, pulu ehtiyatla xərcləməlisiniz. 


Pul – pul yeni evlənənlərin çox müzakirə etdiyi bir mövzudur. Ortaq məxrəcə gəlmək mümkün olmadığı zaman boşanmaya səbəb ola bilər. Pulu necə yığmaq və düzgün xərcləməyi danışın. Ağlınızdakı şübhələri bir-birinizə deyin. Ailənizin gələcəyi üçün pul yatırımı haqqında fikirləşin. 

Dostlarınızla yadlaşmaq – evləndikdən sonra cütlüklər dostlarını ikinci planda saxlayır. Dostlarınızı ailənizdən və özünüzdən uzaqlaşdırmamalısınız. Dostluq etmə bacarığı və xeyirxahlığınızı evliliyə görə gizlətməməlisiniz. Dostlarınızı özünüzdən uzaqlaşdırmaq və evinizə gəlməməyini istməmək (bir-iki ay ola bilər), evliliklə bağlı onları tələsdirmək, həyat yoldaşınızın həmişə yanınızda olmağını istəmək şəklində özünü göstərə bilər. Dostlarınızın sizdən uzaqlaşmamağı üçün birlikdə yaxşı keçirin və mütləq evinizə dəvət edin. 

Kilo almaq – yeni evlənənlər bal ayından sonra sürətlə kilo almağa başlayır. Bunun üç səbəbi ola bilər. “Evləndim və məni bəyənən artıq bəyənib” deyib, yeməklərə fikir verməmək düzgün yanaşma deyil. Bütün günü evdə vaxt keçirmək və yağlı yeməklər yemək də kilo almağı sürətləndirir. Formada qalmaq üçün nə etməlisiniz? Evləndikdən sonra idmana vaxt ayırıb, kilonuzu qoruya bilərsiniz. 

Valideynlərin ailə həyatına qarışmasına icazə vermək – cütlüklərin 50 faizi ana, ata, bacı və qardaşları ilə bağlı evlilik problemi yaşayır. Buna səbəb olan faktorlar: ailələrin fərqli adət-ənənələrə sahib olması, uşaqları öz ailələrində gördüyü kimi böyütməsi və həyatlarına müdaxilə etməsi, ailələrin bir-birinə qarşı yaxşı münasibət göstərməməsi və cütlüklərin bir-birinə yetəri qədər vaxt ayıra bilməməsi. Bu halda nə etmək olar? hər şeydən əvvəl yeni qurduğunuz münasibətdə sərhədləri müəyyən edin. Səhv başa düşülməkdən uzaq durun və istirahət günləri üçün əvvəlcədən plan qurun. Həyat yoldaşınızın ailəsinin səhvlərindən ötrü onu günahlandırmayın. Ailənizlə bağlı sirləri başqasından eşitmək istəmirsinizsə, onları heç kimə danışmayın. Evliliyinizlə bağlı sirləri isə ailənizlə bölüşməyin. 

Gərgin mübahisə - evləndikdən sonra hər şeyi deyə və edə biləcəyinizi düşüməyin. Anlaşa bilmədiyiniz mövzular hər zaman olacaq ancaq bunların münasibətlərinizi zədələməsinə icazə verməyin. Mübahisə zamanı başqa mövzuları da ortalığa çıxarmayın. Çox ciddi hisrlənmisinizsə, gəzintiyə çıxın və əsəbinizin keçməyini gözləyin. Daha sonra peşmançılığını çəkəcəyiniz ifadələri dilə gətirməyin. 

Uşaqla bağlı planlar – yeni evlənənlər tezliklə uşaq sahibi olacağı üzərində çox fikirləşir və həyatlarından zövq ala bilmir. Cütlüklərin çoxu evləndikdən 3 il sonra uşaq sahibi olmaq istəyir. Evliliyin ilk ilində uşaq sahibi olmaq erkən ola bilər. Bu vəziyyətdə münasibətlərinizi qoruyub saxlamalısınız. Birlikdə və ya eyni evdə olmanın dadını çıxarın. Uşaq sahibi olmaq üçün birlikdə ortaq və uyğun bir vaxt təyin edin. 

ŞƏRH YAZIN