Evliliyinizi xilas edin!

0
768
Evliliyinizi xilas edin!

 Artıq evliliyinizin monoton hal aldığını görürsünüzsə, o zaman bir şeylər etməyin zamnaı gəlib deməkdir. Bu monotonlaşma yalnız sizin evlilikdə yaşanmır. Hər evli cütlük zamanla bu durumla qarşılaşa bilir. Əsas olan evliliyi monotonluqdan xilas etməkdir. 


Evliliyin korlanmaması üçün nə etməliyik? 

Gün ərzində nə danışdığınıza diqqət edin. Aranızda keçən söhbətlər sadəcə işiniz haqqında olmasın. Bir-birinizlə fikirlərinizi bölüşün və hər şey haqqında danışın. 

Bacardığınız bir sahə olsa belə, həyat yoldaşınızla məsləhətləşin. Bu aranızdakı əlaqəni və güvəni gücləndirəcək. 

Baxımlı olmağa davam edin. İlk görüşlərə necə həvəslə hazırlanırdınızsa, elə bəzənin. Özünüzə eyni diqqəti göstərin. 

Bir-biriniz üçün surprizlər hazırlayın. Axşamlar yeməyə çıxın və həmişəkindən daha cəzibədar olun.

Bir-birinizə xüsusi vaxt ayırın. Qəflətən harasa getməyə qərar verin və həmin an reallaşmasını arzulayın. 

Həyat yoldaşınıza kiçik hədiyyələr alın və onu təəccübləndirin. Kiçik hədiyyələr olsa belə, onlar həyat yoldaşınızı sevindirə və həyəcanlandıra biləcək.

ŞƏRH YAZIN