Hansı Ay Toy Üçün Ən İdeal Zaman Sayılır?

0
2647
Hansı Ay Toy Üçün Ən İdeal Zaman Sayılır?

İlin hansı ayında toy etsən daha xoşbəxt olarsan? Bəs hansı aylarda toy olmaz, bilirsinizmi? Əlbəttə ki, ilin bütün ayları toy etmək üçün uyğundur. Amma toy üçün ideal zaman var ki, bu da insanların xarakterindən və istəklərindən asılı olaraq müəyyən oluna bilər. Beləliklə,başlayaq ilin əvvəlindən.

Yanvar. Bu ayda evlənmək və ya ərə getmək o qədər məsləhət deyil. İnanca və toy əlamətlərinə görə,yanvar ayında toy erkən dulluğa aparır.

Fevral. Soyuq və şaxtalı olmasına baxmayaraq,bu ay evlilik üçün münasib ay hesab olunur. Həmçinin,bu zaman ailədə əmin-amanlıq, inam olacağı inancı var.

Mart. Bu ay adətən insanların həyatında, xüsusilə qızların, dəyişikliklərin müjdəçisi kimi çıxış edir.

Aprel. Yazın ikinci ayı çox dəyişkəndir. Gah isti ilə cəlb edəcək, gah da soyuğun təsirinə məruz qoyacaq. Bu ayda evlənənlərdə isə ailə həyatında və münasibətlərdə bu cür dəyişkən xoşbəxtlik anlarının olması inancı mövcuddur.

May. Tarixən bu ayda evlənmək o qədər də yaxşı əlamət sayılmırdı. Çünki,bu tezliklə ailədə xəyanətin olacağı demək imiş. Həmçinin bu ayda çox əziyyət çəkmək də,insanlarda formalaşan inanclardan olmuşdur.

İyun. Yay hakimiyyətinin ilk ayı evlilik üçün ideal hesab edilir. Əlamətlərə əsasən,iyunda ayında evlənənlərin həyatı da keşməkeşlərdən uzaq olur. 

İyul. İyundan fərqli olaraq,bu ayda xoşbəxt və acı anların bir-birini əvəzləməsi əlaməti mövcuddur. 

Avqust. Ailə həyatı üçün əla zamandır. Deyirlər ki, bu ayda qovuşanlar ömürlük həm dost həm sevgili olacaqlar.

Sentyabr. "Möhkəm ailə həyatı üçün bu ayda evlənmək lazımdır" deyə fikirlər mövcuddur. Xalq əlamətləri ailə həyatının sakit, şən olacağı ilə bağlıdır.

Oktyabr. Bu ayda evlənmək məsləhət deyil, çünki çətin və ağır ailə həyatının olacağı inancı var. 

Noyabr. Evlilik üçün yaxşı ay hesab olunur və ailədə hər zaman bolluq olacağından xəbər verir.

Dekabr. İlin sonuncu ayı da evlilik üçün yaxşı vaxt kimi qəbul edilir. Əlamətlərə görə,bu ayda evlənənlər ailə həyatının hər keçən il bir-birini daha möhkəm sevəcəklər.

P.S. Bunu bəziləri zarafat, bəziləri tarixin süzgəcindən keçmiş əlamətlər kimi ,digər bir qisim isə qeyri-ciddi və hətta mənasız qəbul edəcək. Çünki xoşbəxtlik gətirəcəyi gözlənilən ayda evlənənlərin həyatı müəyyən səbəblərə görə,o qədər də xoş keçməyə bilər və ya əksinə. Hər bir işdə uca Allahdan pənah diləməyi unutmayın.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

 

ŞƏRH YAZIN