İtirmək qorxusu ...

0
4518
İtirmək qorxusu ...

 İtirmək qorxusu yəqin ki, qorxuların arasında ən birinci yer tutan və ən çox incidən qorxulardandır. Söhbət məhz kimisə itirməkdən yox, nəyisə itirməkdən də gedir. Amma bir münasibətiniz var və sevdiyiniz insanı itirməkdən qorxursunuzsa, daha çox kədərlənmənizə ehtiyac yoxdur. Çünki, hiss etdiyiniz bu qorxunu, ona da yaşatmanız və əlaqənizi qurtarmanız üçün lazımlı olan taktikaları sizin üçün tək-tək sıraladıq.Əlaqənizdə sevgilinizi əldə tutmaq üçün, ona yaşatmanız lazım olan itirmə qorxusunun əhəmiyyətli maddələri:


Sevgilinizə hər saniyə eşqinizi bildirməyin!

Sevdiyinizə davamlı "Səni Sevirəm" deyərək, onu əlinizdə tutacağınızı düşünürsünüzsə olduqca yanılırsınız. Sevginizi ona heç bildirməyin demirik ,amma bu cümləni tez-tez istifadə etməyin. Özünə bu qədər şüursuzca aşiq olduğunuzu bilməsi onu sizə daha çox aşiq etməz. Tam tərsi olar,bu vəziyyət ona həddindən artıq bir özünə inam verər və sonunda bu özünə inam, təhlükəli ölçülərə çata bilər. Buraxın bir gün əlaqəniz bitsə, onsuz da yaşaya biləcəyinizi düşünsün.

Cib telefonunuzun içərisinə baxmağa icazə verməyin!

Cib telefonu adamın xüsusi əşyasıdır. Sevgilinizin telefonunuzu ya da mesajlarınızı qarışdırmasına icazə verməyin. Ayrıca ictimai saytlardakı şifrələrinizi də əsla onunla paylaşmayın. Sizə gələn mesajları göndərən adamı maraqlanması ya da keçən gün gülərək danışdığınız yoldaşınızın kim olduğunu soruşması əmin olun çox xoşunuza gedəcək.

Həmişə baxımlı olun!

"Necə olsa məni sevir" deyə düşünüb özünüzü və fərdi baxımınıza laqeyd yanaşmayın.Pozulmuş dırnaq boyaları, yağlı saçlar ya da geyindiyiniz cırıq paltar sizə əlaqənizdə çox şey itirdər. Unutmayın, kişilər həmişə baxımlı qadınlardan xoşlanar. Siz özünüzü laqeyd yanaşdıqca zamanla sizdən soyuya bilər, üstəlik başqa kişilərlə rəqabət etmə həyəcanından məhrum qalar. Halbuki özünüzə diqqət göstərsəniz, diqqət çəkici bu halınızla, sizi itirmə qorxusunu daha çox hiss edəcək.

ŞƏRH YAZIN